Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-979/2025 15.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-cı ildə Quba rayonu, İİ Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, evli, Quba rayonu, İİ Nügədi kəndində ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Daxil olmuş MN ******* nömrəli, 15 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2-2(113)-7600/2024 saylı icra sənədini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokola əlavə edilmiş arayış onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-7600/2024 saylı icra sənədinə əsasən borclu Şəxs (İ Tərəf kimi) ilə Zərərçəkmiş şəxs (İİ Tərəf kimi) arasında mediasiya prosesi nəticəsində bağlanmış 11 yanvar 2024-cü il tarixli MŞB/13/2024-00018 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilməlidir: (borcun ödənilməsinə möhlət verilməsi tələbi) Tərəflər 1-ci tərəf Şəxs 2-ci tərəf Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli qəbzə əsasən 56000 (əlli altı min) manat məbləğində pul almış və həmin pulu 11 yanvar 2023- cü il tarixində qaytarmasını öhdəsinə götürmüşdür. 1-ci tərəf Şəxs 2-ci tərəf Zərərçəkmiş şəxs 02.11,2023-cü il tarixli qəbzə əsasən aldığı 56000 (əlli altı min) manat məbləğində pulun ödənilməsinə 07 fevral 2024-cü il möhlət verilməsini 2-ci tərəfə Zərərçəkmiş şəxs təklif edir. 2-ci tərəf Zərərçəkmiş şəxs 1-ci tərəf Şəxs tələbini və təklifini qəbul edərək xx.xx.2023-cü il tarixli qəbzə əsasən verdiyi 56000 (əlli altı min) manat məbləğində pulun ödənilməsi üçün 1-ci tərəf Şəxs 07 fevral 2024-cü il tarixinə kimi möhlət verir, 56000 (əlli altı min) manat məbləğində pulun 07 fevral 2024-cü il tarixində ödənilməsinə razılaşır. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul maraqlı şəxs Şəxs tutularaq ərizəçi Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Borclu ilə bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş icra məmuru X2 protokolu müdafiə edərək, Şəxs barəsində qanunvericiliyin tələblərinə əsasən tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, məhkəmə qətnaməsi barədə məlumatı vardır. Maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Lakin qısa zaman ərzində borcunu ödəyəcəyini, qətnamənin icrasından boyun qaçırmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki,Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməklə və icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar digər qanuni tələbləri yerinə yetirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-7600/2024 saylı icra sənədinə əsasən borclu Şəxs (İ Tərəf kimi) ilə Zərərçəkmiş şəxs (İİ Tərəf kimi) arasında mediasiya prosesi nəticəsində bağlanmış 11 yanvar 2024-cü il tarixli MŞB/13/2024-00018 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilməlidir: (borcun ödənilməsinə möhlət verilməsi tələbi) Tərəflər 1-ci tərəf Şəxs 2-ci tərəf Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli qəbzə əsasən 56000 (əlli altı min) manat məbləğində pul almış və həmin pulu 11 yanvar 2023- cü il tarixində qaytarmasını öhdəsinə götürmüşdür. 1-ci tərəf Şəxs 2-ci tərəf Zərərçəkmiş şəxs 02.11,2023-cü il tarixli qəbzə əsasən aldığı 56000 (əlli altı min) manat məbləğində pulun ödənilməsinə 07 fevral 2024cü il möhlət verilməsini 2-ci tərəfə Zərərçəkmiş şəxs təklif edir. 2-ci tərəf Zərərçəkmiş şəxs 1-ci tərəf Şəxs tələbini və təklifini qəbul edərək xx.xx.2023-cü il tarixli qəbzə əsasən verdiyi 56000 (əlli altı min) manat məbləğində pulun ödənilməsi üçün 1-ci tərəf Şəxs 07 fevral 2024-cü il tarixinə kimi möhlət verir, 56000 (əlli altı min) manat məbləğində pulun 07 fevral 2024-cü il tarixində ödənilməsinə razılaşır. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul maraqlı şəxs Şəxs tutularaq ərizəçi Zərərçəkmiş şəxs ödənilməlidir. “İcraata başlamaq haqqında”qərara əsasən Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2-2(113)-7600/2024 saylı icra sənədi xx.xx.2025-ci il tarixində icra məmuru Nürəddin Əmrullayev icraatına daxil olmuşdur. İcra sənədi üzrə xx.xx.2025-ci il tarixli bildirişə əsasən tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs bildiriş göndərilmiş, sonuncu tərəfindən 13 fevral 2025-ci il tarixdə təhvil alınmışdır. Şəxs tərəfindən Quba rayon İcra şöbəsində verilmiş xx.xx.2022-ci il tarixli izahatda qeyd edilmişdir ki, borcu ödəməyə maddi imkanı yoxdur. Məhkəmə hesab edir ki, hazırki vaxtadək borclu Şəxs hərəkətləri icra sənədləri üzrə tələblərinin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən şəxsin övladlarının olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halın mövcudluğunu, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №3(027)-979/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-979/2025
15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver