Məhkəmə qərarları › İş №3(027)-983/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-983/2021

20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-983/2021 20.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 oğlunun katibliyi, X5 iştirakı ilə, X12 Təsərrüfat Mərkəzinin inzibati tənbeh vermə haqqında 29 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli qərarından X7 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba X1 400 (dörd yüz) manat cərimə olunmağı barədə 29 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Quba Regional X6 29 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə güya 29 sentyabr 2021-ci il tarixdə Mərkəzin Vəl-vələ Meşəbeyliyini 5 saylı dolayının ərazisində mal-qaranı otarmışdır. Bildirmişdir ki, 29 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş aktdan onun xəbəri olmamışdır və həmin tarixdə meşəyə daxil olan heyvanların kimə məxsus olmasını bilmir. Qeyd etmişdir ki, onun təsərrüfatında ümumiyyətlə onun iri buynuzlu mal-qarası yoxdur, bu fakt Quba rayonu, Zərqova inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 14 oktyabr 2021-ci il tarixli 368 nömrəli arayışı ilə təsdiq edilmişdir. O, 5 saylı meşə dolayıda qanunsuz ağac qırımına yol verildiyi üçün aidiyyəti orqanlara şikayət etmişdir, ona görə də meşə gözətçisi ona qarşı qərəzli mövqe tutmuş, kimin isə iri buynuzlu mal-qarasının meşə zolağına aparıb otladıqları vəziyyətdə fotoşəkillərini çəkib, həmin heyvanların güya ona məxsus heyvanlar olması ilə akt tərtib edərək ondan qisas almaq istəyir. Quba regional X6 əməkdaşları qanun tələbini pozaraq protokol belə tərtib etməmişlər. Beləliklə qeyd etdiyimfaktlarla sübut edilir ki, 07.06.2021-ci il tarixli akt qanunsuz, qanun pozğuntusu ilə, qərəzli tərtib edildiyindən ləğv edilməlidir. Məhkəmə iclasında X7 izahat verərək, Quba X1 400 (dörd yüz) manat cərimə olunmağı barədə 29 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, şikayət verən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, X12 Təsərrüfat Mərkəzinin inzibati tənbeh vermə haqqında 29 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli qərarından və X7 tərəfindən verilmiş şikayət təmin edilməli, X12 Təsərrüfat Mərkəzi tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 29 sentyabr 2021-ci il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün X12 Təsərrüfat Mərkəzinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 22 iyul 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və inzibati tənbeh vermə haqqında 29 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, X7 07 iyun 2021-ci il tarixdə X12 X8-vələ Meşəbeyliyini 5 saylı dolayının ərazisindən qanunsuz olaraq mal-qaranı otararaq, fidanlıqda olan tinglərə ziyan vurmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək, 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Quba RİHB-nın Zərqava İƏD üzrə nümayəndəliyinin 14 oktyabr 2021-ci il tarixli, 368 nömrəli arayışından görünür ki, X4 yaşadığı Qorxmazoba kəndinə aid təsərrüfatbaşına kitabda şəxsi hesabında iri-buynuzlu mal-qarası yoxdur. Göründüyü kimi, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Quba RİHB-nın Zərqava İƏD üzrə nümayəndəliyinin 14 oktyabr 2021-ci il tarixli, 368 nömrəli arayışına əsasən, X4 yaşadığı Qorxmazoba kəndinə aid təsərrüfatbaşına kitabda şəxsi hesabında iri-buynuzlu mal-qarası olmadığı müəyyən edilmişdir. Quba Regional X6 29 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı tərtib edilərkən, həmin tarixdə meşəyə daxil olan heyvanların kimə məxsus olması müəyyən edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X7 barəsində tərtib edilmiş 29 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, X12 Təsərrüfat Mərkəzinin inzibati tənbeh vermə haqqında 29 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli qərarından X7 tərəfindən verilmiş şikayət təmin edilməli, X12 Təsərrüfat Mərkəzinin inzibati tənbeh vermə haqqında 29 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün X12 Təsərrüfat Mərkəzinə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X12 Təsərrüfat Mərkəzinin inzibati tənbeh vermə haqqında 29 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli qərarından X7 tərəfindən verilmiş şikayət təmin edilsin. X12 Təsərrüfat Mərkəzinin inzibati tənbeh vermə haqqında 29 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün X12 Təsərrüfat Mərkəzinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar