Məhkəmə qərarları › İş №3(027)-989/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-989/2022

03.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-989/2022 03.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Quba rayon PŞ-nin DYPB-nin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Quba rayon PŞ-nin DYPB-nin xx.xx.2021-ci il tarixli,TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X2 bildirdi ki, Quba rayon PŞ-nin DYPB tərəfindən onun barəsində tərtib edilmiş qərar obyektiv tərtib edilməmişdir və ona görə həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. X2 şikayətində göstərmişdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 1,7,13,14,24,25,26,29,57,60,71-ci maddələrinə əsasən Azərbaycan dövlətinin yeganə mənbəyi xalqdır, təbii sərvətlərdən xalqın rifahı naminə istifadə olunmalıdır, hər kəsin mülkiyyət hüquqları vardır,AR hüquqi dövlətdir, hamı qanun qarşısında bərabərdir, hər kəsin doğulduğu andan ayrılmaz, pozulmaz və toxunulmaz hüquq və azadlıqları, müraciət etmək hüququ vardır, hər bir müraciətə qanunla nəzərdə tutulmuş müddətdə və qaydada rəsmi cavab verilməlidir, hər kəsin hüquqlarının dövlət tərəfindən həm məhkəmədə, həm də dövlət və bələdiyyə orqanlarında qorunmasına təminat verir. Lakin Quba rayonunda qanunlara əməl olunmur. Belə ki,2021-ci il 27 noyabr saat gündüz radələrində o idarə etdiyi 04 markalı avtomaşınla Quba şəhərində Vaqif küçəsində piyada yolu olan hissəsindən povorotniki yandırıb dönərkən güzgüyə baxıb yolun boş olduğuna əmin olduqdan sonra hərəkətdə olarkən qəfildən maşınına dəyən zərbədən başı avtomaşının porpresinə dəyib, maşını saxlayıb görüb ki, yüksək sürətlə gələn 07 markalı maşın əyləci basmadığından onun maşınını əzərək yararsız hala salıb. Maşından düşəndən görüb ki, həmin avtomaşını cavan oğlan idarə edir, ondan soruşanda ki, niyə həmin yolda sürətin az olması barədə və piyada yolu olduğuna görə yol nişanı olduğu halda yüksək sürtətlə ən azında 100-lə hərəkət edib və nəticədə maşnına ziyan vurub. Həmin yerdə yol nişanı var, o aşağı sürətlə gəlsəydi əyləci basıb saxlaya bilərdi, yerdə təkərlərin izləri qalardı, qəfil adam çıxsaydı o onu da əzib keçəcərdi. O bildirdi ki, saatda 80-la gəlib, tez atasına zəng edərək tanış yol polislərini çağırmağını xahiş edib. O da sığorta şirkətinə zəng edərək, onların nümayəndəsini dəvət edib, o gəlib hadisənin günahkarı o biri avtomobilin olduğunu bildirib və gələn yol polis əməkdaşlarından müayinəni düzgün aparmalarını və müşahidə kamerasından görüntülərin çıxarılmasını tələb edib. Qəzada günahkar olan şəxs kənara çəkilib atasını qabağa verib, özləri çağırdığı yol polisi əməkdaşları ilə razılığa gələrək heç bir müayinə aparmadan və sxem çəkmədən onlara Quba rayon PŞ-ə 29 noyabr tarixində ora gəlmələrini bildiriblər. Həmin tarixdə ora gedəndə Quba PŞ-də DYP-nin rəis müavini Nail onlarla razılaşdığına görə onun əksinə günahkar olduğunu bildirib, ona yalnız 40 manat cərimə yazacaqlarını bildirərək yazdığı sənədlərə imzalamağını tələb edib, lakin onların qanunsuz hərəkətlərini görüb sənədləri imzalamadan oranı tərk edib qərarı ona gördərmələrini və buna görə cavab verməli olcaqlarnı və ölkə rəhbərliyinin onlara qarşı iradlarını bildirib. Evə gələndən sonra öyrənib ki, onlar qərəzli olaraq saxtakarlıq ediblər, bundan qabaq da nu qanunsuz sifarişlə saxlayıblar, 100 manat tələb ediblər, onlara bildirəndə şüşənin rənginin faizinə görə saxlamağa və cərimə yazmağa onların ixtiyarı yoxdur və qardaşına zəng edəndən sonra o onlara elə onların və həmin rəis müavininə görə prokurorluqda olduğunu bildirəndən sonra sənədlərini qaytarmışdılar, burda sual ortaya çıxır ki, niyə onlar müşahidə kamerasının çıxarışını pozublar və hadisə yerinin sxemini hadisə yerində və şahidlərin iştirakı ilə tərtib etməyiblər, öz kabinetlərində özlərinə sərfəli sənədləri tərtib ediblər. Qərarın və müayinə protokolunun sənədlərini dəfələrlə tələb etməyinə baxmayaraq yalnız iş üzrə qəbul edilmiş qərarın surəti 20 aprel 2022-ci il tarixində verilmişdir, qalan sənədlər verilməmişdir. Yuxarıda göstərilənlərə nəzərə alaraq, Quba rayon Polis şöbəsinin DYPB-nin xx.xx.2021-ci il tarixli,TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN Quba rayon PŞ-nə məlumat verilsə də, məhkəmə iclasına Azərbaycan Respublikası DİN Quba rayon PŞ-nin nümayəndəsi gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Belə olan halda, məhkəmə işə Azərbaycan Respublikası DİN Quba rayon PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası DİN Quba rayon PŞ-nin DYPB-nin xx.xx.2021-ci il tarixli,TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli,TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki,X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 40 manat cərimə cəzası tətbiq edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin 115-ci maddəsinin tələblərinə uyğun olmadan tərtib edilmişdir. Belə ki, qərarda işinə baxılan vətəndaşın fərdi identifikasiya nömrəsi qeyd edilməmiş və işə baxılarkən işin faktiki halları tam araşdırılmamışdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 122.1-122.3-cü maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Azərbaycan Respublikasının İXM-nin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası DİN Quba rayon PŞ-nin DYP-nin xx.xx.2021-ci il tarixli,TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Quba rayon PŞ-nin DYPB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası DİN Quba rayon PŞ-nin DYP-nin xx.xx.2021-ci il tarixli,TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Quba rayon PŞ-nin DYPB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar