Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-992/2021 30.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxx 1961-ci il tarixdə Quba rayonu, Qırız kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Quba rayonu, Alekseyevka kəndində qeydiyyatda olan və yaşayan (X2 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs 09 sentyabr 2021-ci il tarixdə saat 20 radələrində aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı gəlini Zərərçəkmiş şəxs üstünə hücum çəkmiş və qollarına, başına vuraraq onu döymüş, ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Bununla bağlı Quba rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən Şəxs barəsində 15 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 07 sentyabr 2021-ci il tarixdə Quba rayonunun Alekseyevka kəndində yaşadığı evdə gəlini Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı onun boynundan və sinəsindən vurmuşdur. 09 sentyabr 2021-ci il tarixdə Quba rayonunun Alekseyevka kəndində yaşadığı evdə Zərərçəkmiş şəxs onun sifətindən əli ilə tutub silkələmişdir. O, isə Südabəni vurmamışdır. Qeyd edilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 07 sentyabr 2021-ci il tarixdə Quba rayonunun Alekseyevka kəndində yaşadığı evdə qaynanası Şəxs ilə aralarında heç bir mübahisə olmamış, nə də onu vurmamışdır.09 sentyabr 2021-ci il tarixdə Quba rayonunun Alekseyevka kəndində yaşadığı evdə Şəxs ilə aralarında ailə-məişət zəminində mübahisə yaranmışdır. Bildirmişdir ki, mübahisə zamanı Familə onun başına və qollarına vurmuş, o isə Familəni vurmamışdır. Mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin İTB-nin sahə rəisi X1 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 18 iyul 2021-ci il tarixli, 647 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər – alnında solda və sağ bazunun orta 1/3-nin bayır səthində qançır, sağ saidin ön səthində sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 09 sentyabr 2021-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materiallarında olan Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 07 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Şəxs 09 sentyabr 2021-ci il tarixdə saat 20 radələrində aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı gəlini Zərərçəkmiş şəxs üstünə hücum çəkmiş və qollarına, başına vuraraq onu döymüş, ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Göründüyü kimi, Şəxs əməlində cinayət tərkibi deyil, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin, yəni döymə inzibati xətasının tərkibi vardır. Ona görə də Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Quba RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs 300 (üç yüz) manat miqdarında cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-992/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-992/2021
30.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver