Məhkəmə qərarları › İş №3(027)-993/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-993/2025

05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-993/2025 05.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə X2 Azərbaycan Respublikası DİN-nin Quba RPŞ YPX inspektoru polis baş serjantı X1 tərtib etdiyi inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-cİ-il tarixdə **-BK-*** nömrəli avtomobilimlə Köhnə avtovaqzal adlanan ərazidəki dairədədən üzü asan xidmət istiqamətində hərəkət edərkən, Qırmızı Qəsəbə istiqamətindən dairəyə doğru hərəkət edən nəqliyat vasitəsinə yol vermək məqsədilə dainənin qarşısında dayanmış, eyni zamanda üzü piyada keçidi istiqamətində hərəkət edən nəqliyat vasitələrinin dairəyə birinci daxil olmaq üstünlüyü olduğu üçün Qırmızı Qəsəbə istiqamətindən dairəyə daxil olmaq istəyən maşında gözləməli oldu və dairənin boş olduğunu nəzərə alaraq hərəkətimi davam etdirib dairəni keçmişdir. Həmin vaxtan təqribən 3 dəqiqə sonra yol patrul əməkdaşı Quba Bazarının qarşısında ona yaxınlaşaraq 327.2 maddəyə əsasən qayda pozduğunu bildirmiş və həmin vəziyyətə uyğun olmayan bir görüntünü göstərərək bazarın qarşısında ona protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 şikayəti müdafiə edərək bildirdi ki, barəsində tərtib olunmuş protokol və qərarı əsassız hesab edərək, şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə şikayətçini dinləyib, şikayət ərizəsində qeyd olunanlara və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər, belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamış, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Şərh edilənlərə əsasən, X2 Azərbaycan Respublikası DİN-nin Quba RPŞ YPX inspektoru polis baş serjantı X1 xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında tərtib etdiyi inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayətinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası DİN-nin Quba RPŞ YPX inspektoru polis baş serjantı X1 xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında tərtib etdiyi inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Quba Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar