Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-998/2021 01.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X10, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1984-cü ildə Quba rayonu, Mirzəqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, Mirzəqışlaq kəndində qeydiyyatda olan və yaşayan (X6 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs Quba rayon Məhkəməsinin 20 fevral 2013-cü il tarixli, 2(027)-153/2013 saylı və İmişli rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli, 2(036)-2668/2019 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X14 tərəfindən 01 dekabr 2021-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X14 məhkəməyə verdiyi izahatında göstərdi ki, Quba Rayon Məhkəməsinin 20 fevral 2013-cü il tarixli, 2(027)- 153/2013 saylı icra sənədinə əsasən, borclu Şəxs 30.08.2008-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay 70 manat aliment tutularaq tələbkar X7 verilməlidir. İmişli rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli, 2(036)-2668/2019 saylı icra sənədinə əsasən tərəflərin qeyri-rəsmi nikahından 20.08.2012-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay borclu Şəxs qazancından 21.10.2019-cu il tarixdən etibarən 160 manat sabit pul məbləğində aliment tutularaq, tələbkar X2 verilməlidir. Qeyd olunan icra sənədləri şöbənin icraatına 15.04.2013-cü il və 20.12.2019-cu il tarixlərdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin, borclu icra sənədi üzrə tələbi təmin etməmişdir. Ona görə də tələbin borclunun əmlakına və gəlir yerlərinə yönəldilməsi məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınardaşınmaz əmlaklarının olub-olmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Borclu bu günə qədər tələbkar X3 xeyrinə 610 manat məbləğində ödəniş etmişdir. Hazırda 6880 manat borcu qalmışdır. Digər tələbkar X1 xeyrinə heç bir ödəniş etməmişdir. Hazırda 4000 manat borcu qalmışdır. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Quba Rayon Məhkəməsinin 20 fevral 2013-cü il tarixli, 2(027)-153/2013 saylı icra sənədinə əsasən, ondan 30.08.2008-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay 70 manat aliment tutularaq tələbkar X7 verilməlidir. İmişli rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli, 2(036)-2668/2019 saylı icra sənədinə əsasən onların qeyri-rəsmi nikahından 20.08.2012-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay onun qazancından 21.10.2019-cu il tarixdən etibarən 160 manat sabit pul məbləğində aliment tutularaq, tələbkar X2 verilməlidir. Bu günə qədər tələbkar X3 xeyrinə 610 manat məbləğində ödəniş etmişdir. Hazırda 6880 manat borcu qalmışdır. Digər tələbkar X1 xeyrinə heç bir ödəniş etməmişdir. Hazırda 4000 manat borcu qalmışdır. Bildirmişdir ki, icra sənədlərini icra etməkdən imtina etmir. Lakin, hazırda həmin borcu birdəfəyə ödəməyə maddi imkanı yoxdur. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahat verərək göstərdi ki, Quba Rayon Məhkəməsinin 20 fevral 2013-cü il tarixli, 2(027)-153/2013 saylı icra sənədinə əsasən, borclu Şəxs 30.08.2008-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay 70 manat aliment tutularaq ona verilməlidir. Borclu bu günə qədər onun xeyrinə 610 manat məbləğində ödəniş etmişdir. Hazırda borclunun 6880 manat borcu qalmışdır. Borcunun tam şəkildə ödənilməsini tələb edir. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş digər zərərçəkmiş X5 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 3(027)-910/2021 nömrəli qərarına əsasən, Şəxs barəsində axtarış elan olunmuş və tapılanadək inzibati xəta haqqında iş üzrə icraat dayandırılmış, qərarın icrası Quba rayon Polis Şöbəsinə həvalə olunmuşdur. 24 noyabr 2021-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Quba rayon Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuşdur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bununla da məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması məhkəmə araşdırması zamanı öz təsdqini tapmışdır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 01 dekabr 2021-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Quba rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-998/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-998/2021
01.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver