Məhkəmə qərarları › İş №3(028)-1/2021

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-1/2021

25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-1/2021 25.01.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə xx.xx.1976-cı ildə Qubadlı rayonu, Tatar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qubadlı rayonu, Tatar kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 20-ci məhəllə, 1 saylı yataqxanada məskunlaşan Şəxs barəsində Füzuli Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 517-2.6-cı maddəsi ilə tərtib olunmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolu üzrə işə baxaraq, MÜƏYYƏN E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.6-cı maddəsi ilə xx.xx.2020-ci il tarixdə MN №0727585 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Füzuli rayon Polis Şöbəsinin polis leytenantı Toğrul Əliyevin raportuna əsasən bildirilir ki, xx.xx.2020-ci ildə saat 18.15-də Horadiz şəhərində yerləşən komendant postunda xidmətdə olarkən Zəngilan rayonu istiqamətindən gələn Ford markalı ** CN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəflərindən saxlanılaraq baxış keçirilmişdir.Nəqliyyat vasitəsində 4 nəfər mülki şəxs-sürücü X4 və sərnişinlər Şəxs, X2 və X3 aşkar olunaraq giriş-çıxış qaydalarını pozduqlarına görə barələrində qanuni tədbirlər görülməsi üçün şöbəyə gətirilmişdirlər. Nəticədə Şəxs barəsində Füzuli rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 517-2.6-cı maddəsinə əsasən xx.xx.2020ci il tarixli MN №0727585 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Füzuli Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli MN № ******* saylı qərardadına əsasən Şəxs barəsində olan inzibati xəta haqqında işin aidiyyatı üzrə Qubadlı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Füzuli rayon Polis Şöbəsi tərəfindən göndərilmiş inzibati xəta haqqında protokol materiallarla birlikdə Qubadlı Rayon Polis Şöbəsi tərəfindən Qubadlı Rayon Məhkəməsinə çatdırılmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Qubadlı rayon Polis Şöbəsinə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişlər.Belə olan halda məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Qubadlı Rayon Polis Şöbəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlər şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs inzibati xəta törətməsi sübuta yetirilir və o, Azərbaycan Respublikası İXM-nin 517-2.6-cı maddəsi ilə inzibati qaydada cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli Fərmanının 3-cü bəndinə əsasən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilsin. Komendant saatının tətbiq edildiyi ərazilərdə:3.1. şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilsin;3.2.xüsusi giriş-çıxış rejimi tətbiq edilsin, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülsün. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.6-cı maddəsinə əsasən hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə yüz manat məbləğində cərimə edilir. xx.xx.2020-ci il tarixli MN №0727585 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 18:15-də Füzuli rayon Horadiz şəhərində hərbi vəziyyət elan olunduğu ərazilərdə giriş-çıxış qaydalarını pozmuşdur və nəticədə Azərbaycan Respublikası İXM-nin 517-2.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Füzuli Rayon Polis Şöbəsində verdiyi xx.xx.2020-ci il tarixli izahatında göstərmişdir ki, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, 20-ci məhəllə, 1 saylı yataqxanada yaşayır.Qubadlı rayonu, Tatar kəndində qeydiyyatdadır.xx.xx.2020-ci il tarixdə əvvəllər tanıdığı X2 və X3 ilə birlikdə anadan olduğu və qeydiyyatda olduğu yerləri görmək üçün Zəngilan rayonuna gediblər.Həmin yerdən qayıdarkən Füzuli rayonu Horadiz şəhərində stasionar postda polis əməkdaşları onları saxlayıb rayon polis söbəsinə dəvət edib.Əməlinin inzibati xəta tərkibi yaratdığını bilmirdi. Əgər səhv edibsə, əməlindən peşmandır.Bir daha belə halların baş verməyəcəyini söz vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs polis şöbəsində dindirilərkən əməlində peşman olduğunu məsuliyyətini yüngülləşdiric hal hesab edir, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.6-cı maddəsi ilə təqsirli bilinsin və 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar