Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-1/2022 13.01.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Barəsində inzibati qərar çıxarılan şəxs X1 iştirakı ilə Yasamal Rayon Polis İdarəsinin EXP№1223487 saylı protokolu və EPQ№1208406 saylı qərarından barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılan şəxs X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yasamal Rayon Polis İdarəsinin EPQ№1208406 saylı 10.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (yüz) manat cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Qeyd edilən protokoldan narazı qalan X3 şikayətlə məhkəməyə müraciət edərək, Yasamal Rayon Polis İdarəsinin EXP№1223487 saylı 10.12.2021-ci il tarixli inzibati xəta haqqında protokolu və EPQ№1208406 saylı 10.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və müvafiq inzibati üzrə işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə barəsində inzibati qərar çıxarılan şəxs X3 şikayətini müdafiə edərək göstərdi ki, o, tələbədir.Dövlət İqtisad Universitetində oxuyur.Məlum olduğu kimi Nazirlər Kabinetinin Operativ Qəragahının 02.04.2020-ci il tarixli 120 saylı qərarı ilə xüsusi karantin reljimi elan edilmiş, dövlət orqanları və o cümlədən müəyyən iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır.Həmçinin digər bir qərarla işçilərin icazə.e-gov.az portalında qeydiyyatdan keçmələri tələb edilmişdir.19.11.2020-ci il tarixdən etibarən açıq havadakı ictimai yerlərdə də tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburi olmuşdur.31.05.2021-ci il saat 06:00-dan etibarən isə həmin qadağa ləğv edilmişdir. Qeyd edir ki, bu çətin dövrdə hər zaman nizam-intizamlı davranmağa çalışmış, karantin rejiminin tələb və qaydalarına ciddi əməl etmişdir.Bununla belə mygov.az-dakı kabinetinə daxil olduqda barəsində inzibati ptorokolun tərtib edilməsi və qərara əsasən 100 manat cərimə olunmasını görmüşdür.Təkrarən bildirir ki, hər zaman nizam-intizamlı davranmağa çalışmış, karantin rejiminin tələb və qaydalarına həmişə ciddi əməl etmiş, qeyd olunan protokol və inzibati xətaya diar işdən və cərimədən xəbəri olmamışdır.Məsələni aydınlaşdırmaq, protokolun olub-olmamasını və nə əsasla cərimə olunmasına aydınlıq gətirilməsi üçün 102 xidmətinə zəng etmişdir.Həmin xidmətdən məsələ ilə əlaqədar Yasamal RPİ-nin 29 saylı PB-nə getməli olması bildirilmişdir.20.12.2021-ci il tarixdə həmin bölməyə gedərək barəsində tərtib edilmiş inzibati protokol və inzibati tənbeh edilməsi haqqında qərarı alıb. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati protokol və inzibati tənbeh edilməsi haqqında qərarın heç bir əsası yoxdur.Onların hər ikisində İXM-nin 211.2-ci maddəsinə istinad edilsə də, konkret olaraq hansı əməli törətdiyi göstərilməmişdir (maskasız olması və ya tibb maskadan istifadə qaydasının pozulması).Ümumiyyətlə belə bir hal baş verməmişdir.Onları tərtib etmiş polis əməkdaşını görməyib, nə də ki ona hər hansı polis əməkdaşı yaxınlaşaraq hansısa qaydanı pozduğunu və bu səbəbdən inzibati tənbeh edilməli olduğunu bildirməmişdir. Protokol və qərarda pozuntunun harada və hansı şəraitdə olması, onun nədə ifadə olunması göstərilməmişdir.Pozuntu etmədiyindən bu barədə heç bir sübut da ola bilməz. Nəticə etibarı ilə mübahisəli protokol tam olaraq qanunsuz və əsası olmadan tərtib olunmuş və inzibati qərar qəbul edilmişdir.Qeyd olunan protokol və qərar hüquq və azadlıqlarını pozduğu üçün qanunu hesab edilə bilinməz.Ləğv olunmalı və icraata xitam verilməlidir. İlk növbədə qeyd edilməlidir ki, barəsində tərtib olunmuş protokol Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş formaya uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.İndiki halda isə barəsində tərtib olunmuş protokol ciddi hesabat sənədi olduğu halda, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş forma əsasında tərtib edilməmişdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.Lakin o, İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan əməli törətməmiş, fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələbləri pozmamışdır.Onun pozuntu etməyi barədə heç bir sübut yoxdur və ola da bilməz. Həmin məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə,inzibati xəta haqqında iş üzrə icraata başlanılmış hesab edilir.Lakin 10.12.2021ci il tarixdə hansısa polis əməkdaşı tərəfindən barəsində protokol tərtib edilməmişdir.Ümumiyyətlə bunu zəruri edəcək hal baş verməmişdir.Halbuki, həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının təstiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanının 2.2 və 2.4-cü bəndlərinə görə İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə Daxili İşlər Nazirliyi adından Baş X6 İdarəsinin rəisi, onun müavinləri, Baş X6 İdarəsinin mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X6 İdarəsinin rəisi, ərazi polis orqanlarının X6 idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının X6 bölmələrinin rəisləri, ərazi polis orqanlarının X6 qruplarının rəhbərləri, Baş X6 İdarəsinin, X6 idarələrinin şöbə rəsiləri və onların müavinləri, bölmə ərisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının X6 şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorlar və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəsiləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları baxır.Güründüyü kimi İXM-nin 211-ci maddəsinə əsasən inzibati xəta ilə bağlı işlərə göstərilən şəxslərdən başqa digər səlahiyyətli şəxslərin baxılması, icraatı aparması, protokol tərtib etməsi qadağandır.Lakin indiki halda protokol səlahiyyətli olmayan şəxs (polis nəfəri)tərəfindən tərtib edildiyi üçün həmin protokol əsasında başlanan inzibati icraat xitam verilməlidir.Göstərilənlərini nəzərə alaraq şikayətinin təmin edilməsini xahiş etdi. Yasamal Rayon Polis İdarəsi qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına onun səlahiyyətli nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir.Məhkəmə Yasamal Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati qərar çıxarılan şəxsi dinləyib, şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilərək Yasamal Rayon Polis İdarəsinin EXP№1223487 saylı 10.12.2021-ci il tarixli inzibati xəta haqqında protokolu və EPQ№1208406 saylı 10.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin EXP№1223487 saylı 10.12.2021-ci il tarixli inzibati xəta haqqında protokolunun surətindən görünür ki, 10.12.2021-ci il tarixdə səhər 06:12 radələrində Bakı şəhəri Moskva prospektində X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Yasamal Rayon Polis İdarəsinin EPQ№1208406 saylı 10.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdi və ona 100 manat məbləğində inzibati cərimə tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəməyə X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinədə nəzərdə tutulan halları pozması faktını təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutlar təqdim edilməmişdir. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər” barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 31 may 2021-ci il tarixli Qərarının 2.1.1-ci bəndinə əsasən açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən,inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-cı maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın ləğv edilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. X3 barəsində Yasamal Rayon Polis İdarəsinin EXP№1223487 saylı 10.12.2021-ci il tarixli inzibati xəta haqqında protokolu və EPQ№1208406 saylı 10.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Hakim Vladimir Ruvinov
Məhkəmə qərarları › İş №3(028)-1/2022
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-1/2022
13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver