Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-1/2023 31.01.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qubadlı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli İXP5143859 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati protokol tərtib edilmiş Şəxs məhkəməyə ərizə ilə müraciət edərək, cəriməni ödədiyini bildirmiş.Məhkəmədən məhkəmədə iştirak edə bilməyəcəyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokolu tərtib edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə məlumat verilsə də, idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Belə olan halda məhkəmə işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarında olan DYP-nin Web portalından olan çıxarışdan görünür ki, VAZ 21043 minik markalı ** LT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:15-də Təbriz küçəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş araməsafəsi qaydalarını pozmaqla xəta törətmişdir və barəsində xx.xx.2022-ci il tarixdə İXP4902006 saylı protokol tərtib edilmişdir.Həmin protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP5295452 saylı qərara əsasən 62 manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş Şəxs tərəfindən təqdim edilmiş qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə İXP4902006 saylı protokol üzrə 64 manat cərimə borcu ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 529-cu maddəsinin qeyd hissəsinə görə bu Məcəllənin 529.1-ci və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda) 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsə isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə, inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hesab edir ki, Şəxs cəriməni inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyinə görə inzibati məsuliyyətdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43,106, 109, 114.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim Vladimir Ruvinov
Məhkəmə qərarları › İş №3(028)-1/2023
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-1/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver