Məhkəmə qərarları › İş №3(028)-100/2022

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-100/2022

15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-100/2022 15.12.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X10 oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X2, Müdafiəçi Sumqayıt “Şimal” vəkil bürosunun vəkili X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SKZ, yataqxana 2-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi, ev 175də yaşayan (tel: 055 240 12 62, AZE№********, FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-450/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay 117 manat sabit pul məbləğində aliment tutularaq X3 xeyrinə tutulmalıdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X6 bildirdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-450/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs 1936 manat aliment borcu alınaraq X4 ödənilməlidir. Borclu dəfələrlə aliment ödənilməsi üçün icra idarəsinə dəvət olunmasına baxmayaraq, o, gəlməmişdi.Bu səbəbdən o, axtarışla idarəyə gətirilmişdir.Borclu borcunu üzrsüz səbəbdən ödəməkdən yayınır.O, səbəb olaraq işsiz olduğunu bildirir. Tələbkar isə borcun tam qaytarılmasını tələb edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, özünü təqsirli bilir. Alimentə görə borcu olduğunu bilir və bu borcdan qaçmır. Sadəcə uzun müddətdir ki, işsiz qalıb. Bir ara rayonda işləyirdi, lakin aldığı maaşı atası xəstə olduğundan alimenti ödəyə bilmirdi. Sonra işləmirdi. Hazırda yeni işə düzəlib. Borcu qaytarmağa vaxt istəyir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi onun izahatına uyğun ifadə verərək Şəxs aliment borcunu qaytarmasına görə ona vaxt verilməsini və həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və onun müdafiəçisini, icra məmurunu dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. «İcra Məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə məsuliyyəti yüngünləşdirilən hallar müəyyən etmədi. Məhkəmə inzibati xəta törətmiş şəxsin səlahiyyətli şəxslərin hüquqa zidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkəti davam etdirməsini məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirir. İnzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Odur ki, inzibati xəta törətmiş şəxs Şəxs 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməlidir.İnzibati həbsin əvvəli xx.xx.2021-ci il tarixdən saat 17:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2022-ci il tarixdən saat 17:00-dan hesablansın. Göstərilən hüququ yardıma görə cəmi 6 manat pul dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RƏŞAD QOŞQARLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar