Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-101/2022 19.12.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X10 oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X8, Müdafiəçi Sumqayıt “Şimal” vəkil bürosunun vəkili Vəkil, X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.1988-ci ildə Qubadlı rayonu, Xudular kəndində anadan olmuş, subay, orta təhsilli, fəhlə işləyən, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan və ünvan 1 ünvanında məskunlaşan (tel:0554257123tel: **********, FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-678/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub xx.xx.2012-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub xx.xx.2013-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 xeyrinə tutulmalıdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X9 bildirdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 678/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 2022-ci il dekabr ayı daxil olmaqla 1100 manat aliment borcunu üzrsüz səbəbdən ödəmir. Hal-hazırki günə ödəniş edə bilmir.Yalnız ayın sonuna borcun bir hissəsini ödəyə bilər.Tələbkar borcun birdəfəlik qaytarılmasını tələb edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, özünü təqsirli bilir. Alimentə görə borcu olduğunu bilir və bu borcdan qaçmır. Bir müddət maaşı az olduğuna görə aliment ödənişini edə bilməyib. Hazırda yeni işdə işləyir.Borcun qaytarılmasına görə iki ay möhlət istəyir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi onun izahatına uyğun ifadə verərək Şəxs aliment borcunu qaytarmasına görə ona vaxt verilməsini və həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. Məhkəmədə tələbkar X3 bildirdi ki, Şəxs ona bugünə 1100 manat aliment borcu var. Hazırda borclu ilə barışıb. O, borcluya borcun qaytarılmasına vaxt verib. Bu səbəbdən məhkəməyə ərizə verərək inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun vəkilini, tələbkarı və icra məmurunu dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətinə çəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanılmış icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutlmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 105, 114.1.3, 114.2.1, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM 528.1-ci maddəsi ilə başlanmış 3(028)-101/2022 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs göstərilən hüququ yardıma görə 12 (on iki) manat məbləğində pul dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №3(028)-101/2022
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-101/2022
19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver