Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-101/2023 14.12.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Ruvinov Vladimir Yefimoviçin sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Barəsində inzibati qərar çıxarılan şəxs X3 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 tərtib etdiyi MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN1440722 saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati qərar çıxarılan şəxs X3 verdiyi ərizəyə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 onun barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli MN1440722 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə barəsində inzibati qərar çıxarılan şəxs X4 ərizəsini müdafiə edərək bildirdi ki, özünü və ailəsini dolandırmaq məqsədilə müvəqqəti məskunlaşdığı zavodun ərazisində dəmir və metal məmulatlarını yığıb satmaqla məşğul olur.xx.xx.2023-cü ildə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları gəlib onun işlədiyi əraziyə baxış keçirdilər.Təxminən 12 gündən sonra ona Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək MN1440722 saylı qərarla 500 (beş yüz) manat cərimə olunması bildirilmişdir.Həmin maddədə göstərilir: Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə. Həmin maddədə göstərilən qayda pozuntularının heç birini törətməmişdir.Protokolu tərtib edən əməkdaşlar gəlib əraziyə baxıb və ona hüquq və vəzifələrini izah etmədən çıxıb gediblər. Azərbaycan Respublikasının İXM-nin 101.1-ci maddəsinin tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Onlar belə qayda pozuntusunu aşkar etmişlərsə, nəyə görə dərhal onun yanında inzibati protokol tərtib etməmişdilər.Orada xüsusi araşdırmalı heç nə yox idi.Bu səbəbdən də tərtib edilmiş inzibati xəta haqqında qərar ləğv edilməlidir.Göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir.Məhkəmə Azərbaycan Respublikası İXM-in 133-cü maddəsinə əsasən iş üzrə tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati qərar çıxarılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN1440722 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan MN1440722 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Sumqayıt şəhəri, köhnə 1 saylı Dəmir Beton zavodu ərazisində müxtəlif tərkibli məişət tullantılarının qalaqlanması müəyyən edilmişdir və nəticədə X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Tullantılar haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən məişət tullantıları (bərk məişət tullantıları) — əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallardır. Tullantıların istehsalçısı - fəaliyyəti nəticəsində təhlükəli və ya digər tullantıların əmələ gəlməsinə səbəb olan istənilən şəxs, yaxud bu şəxs məlum olmadıqda, tullantıların sahibi olan və/və ya onlara nəzarəti həyata keçirən şəxsdir. Tullantıların idarə olunması - tullantıların əmələ gəldiyi fəaliyyət prosesi, habelə tullantıların yığılması (toplanması), çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması üzrə fəaliyyətdir. Həmin Qanunun 12-1-ci maddəsinə əsasən bərk məişət tullantıları poliqonlarının yerləşdirilməsi və qurulması üçün sahə şəhər və digər yaşayış məntəqələrinin və şəhərətrafı zonaların planlaşdırılması və tikilməsi üzrə təsdiq olunmuş baş planlara və ya layihələrə uyğun olaraq ayrılmalıdır. Bərk məişət tullantıları poliqonlarının yerləşdirilməsi və qurulması üçün ərazi ekoloji normalara və Azərbaycan Respublikasının insan sağlamlığı və ətraf mühitin mühafizəsi sahəsində digər qanunvericilik aktlarına cavab verməlidir. Bərk məişət tullantıları poliqonlarında müəssisələrin tullantılarının yerləşdirilməsi ekoloji, sanitar-epidemioloji qaydaların və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq həyata keçirilir. Onların öz-özünə alışıb yanmasının qarşısının alınması və xəbərdarlıq edilməsi üzrə tədbirlər nəzərdə tutulmalıdır. Həmin Qanunun 20-ci maddəsinə əsasən tullantılarla bağlı dövlət uçotu və hesabat hüquqi və fiziki şəxslər tullantıların əmələ gəlməsinin, istifadəsinin, yerləşdirilməsinin, başqasına verilməsinin və ya satılmasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi qaydada və müddətdə ilkin uçotunu aparır, müvafiq dövlət orqanına hesabat təqdim edirlər. Hüquqi və fiziki şəxslər tullantıların uçotu ilə bağlı informasiyanın qanunvericilikdə müəyyən edilən müddət ərzində saxlanılmasını təmin edirlər. Tullantılarla bağlı dövlət uçotu və hesabatı vahid sistem üzrə hazırlanır və aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 134.1.1-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. X4 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli MN1440722 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №3(028)-101/2023
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-101/2023
14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver