Məhkəmə qərarları › İş №3(028)-105/2024

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-105/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-105/2024 28.08.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qubadlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qubadlı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati xəta haqqında protokol üzrə inzibati cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli İXP6474925 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və protokolu tərtib edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qubadlı Rayon Polis Şöbəsinə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlər şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs inzibati xəta törətməsi sübuta yetirilir və o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati qaydada cəzalandırılmalıdır. İş materiallarında olan EQ21037737 saylı xx.xx.2024-cü il tarixli İnzbati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Sumqayıt 26-cı məhəllədə xx.xx.2024-cü il tarixdə saat 18:22 radələrində Opel astra minik markalı, 50ER170 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin istifadəçisi Şəxs nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmiş, bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və ona 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixli İXP6474925 saylı İnzibati Xəta haqqında Protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Göstərilən hal inzibati xəta haqqında protokol və işin digər materialları ilə də sübut olundu. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə inzibati qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib qiymət verərək hesab edir ki, Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130-cu və 529-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar