Məhkəmə qərarları › İş №3(028)-107/2024

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-107/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-107/2024 18.09.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə X3 barəsində Azərbyacan Respublikası DİN-nin Baş Dövlət Yol X1 Sisteminin EQ22372307 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasına dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbyacan Respublikası DİN-nin Baş Dövlət Yol X1 Sisteminin EQ22372307 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol X1 Sisteminin xx.xx.2024-cü il tarixli, EQ22372307 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin pozulması əsası ilə 40 manat cərimə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Cərimənin tətbiqi əsası kimi qərarda tərəfindən 5.9. yol nişanının tələbinə riayət edilməməsi (ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) qeyd edilmişdir. Lakin şikayətçi hesab edir ki, qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, o, qərarı xx.xx.2024-cü il tarixdə yeni almış və qərarı alan zaman DYP əməkdaşı tərəfindən ona pozuntunun nədən ibarət olması bildirilməmiş və protokolun/qərarın MİS vasitəsilə tətbiq olunmasına baxmayaraq ona pozuntu törətməyinə dair hər hansı şəkil və ya videogörüntü göstərilməmişdir. Həmçinin tərəfindən də ümumi istifadədə olan nəqliyyat vasitəsinin yolunda hərəkət edilməmişdir. Tərəfindən hər hansı təqsirli hərəkətə yol verilmədiyindən tətbiq olunmuş inzibati tənbeh barədə qərar tamamilə qanuna ziddir. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş edir. X3 məhkəməyə elektron ərizə ilə müraciət edərək, işə iştirakı olmadan baxılmasını və şikayətinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası DYP tərəfindən təqdim edilmiş sənədlər (şəkillər) onun məhkəməyə təqdim etdiyi sənədlərlə eynilik təşkil edir. Məhkəməyə daha əvvəlki ərizəsinə əlavə edərək təqdim etdiyi linkdən göründüyü kimi videogörüntüdə onun inzibati xəta törətdiyi görünmür. Azərbaycan Respublikası DYP-nin təqdim etdiyi şəkillərdən də aydın olur ki, o, ilk öncə sağa dönmüş, ardınca yol verilən 1.11 xətti ilə (Azərbaycan Respublikası DYP-nin təqdim etdiyi şəkil və xəttin özü solğun olduğundan 1.11 xətti şəkildə görünmür, lakin onun linkə əlavə etdiyi videoda müvafiq xətt müşahidə olunur) sola dönən zaman avtomobilinin şəkli çəkilərək protokol tərtib olunmuşdur. Bu səbəbdən tərəfindən hər hansı yol hərəkəti qaydasının pozuntusuna yol verilməmişdir. Azərbyacan Respublikası DİN-nin Baş X2 müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına onun səlahiyyətli nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Məhkəmə idarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına olan xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il il tarixli EQ22372307 saylı protokola və inzibati xəta hqqında işin materiallarına baxılaraq müəyyən edilmişdir ki, X3 xx.xx.2024cü il tarixdə saat 17:38-də Zivərbəy Əhmədbəyov və Salatın Əsgərova küçələrinin kəsişməsi ərazisində “X6” minik markalı **-ES-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9 yol nişanının tələbinə riayət edilməməsinə (ümumi istifadə olan nəqliyyat vasitələri üçün zolaq) görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona həmin maddəyə əsasən 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən Azərbyacan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə sorğu verilərək alınmış fotogörüntüdən müəyyən edilir ki, “X6” minik markalı **-ES-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq daxilində hərəkət edir. Şikayətçi tərəfindən təqdim edilmiş görüntülərdən müəyyən edilir ki, “X6” minik markalı **-ES-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ümumi istifadə olan nəqliyyat vasitələri üçün zolaq daxilində hərəkət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin İV bəndinə əsasən 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Həmin Qanunun 66-cı maddəsinə əsasən məlumatverici-göstərici nişanlar: İ. Məlumatverici-göstərici nişanlar hərəkətin müəyyən rejimini tətbiq və ya ləğv edirlər, eləcə də yaşayış məntəqələrinin və başqa obyektlərin yerləşməsi barədə məlumat verirlər. İİ. Bu nişanların düzbucaq forması vardır, sürücülərin və hərəkətin digər iştirakçılarını yolun vəziyyətinin xüsusiyyətləri, yaşayış məntəqələrinin adları, onların keçmə qaydaları, küçələrin və yolların ayrı-ayrı sahələrində hərəkət rejiminin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Bu qrup nişanların müxtəlif fonları vardır. Yaşıl fon avtomagistral, göy fon bütün başqa avtomobil yolları, ağ fonu olan 5.22 və 5.23 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin tətbiq olunduğunu, göy fonu olan 5.24 və 5.25 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin bu yolda tətbiq olunmadığını göstərir. deməkdir. İşarələrin sarı fonu yolun təmir olunan hissələrinin yanından keçmə üçün tətbiq olunur. 5.9 Ümumi istifadədə olan nəqliyyat vasitələrinin normal işləməsini təmin etmək üçün nəqliyyat axını istiqamətində zolaq ayrılır və bu nişanla bildirilir. Başqa nəqliyyat vasitələrinin bu zolaqla hərəkəti qadağan edilir. Məhkəmə hesab edir ki, X3 tərəfindən məhkəməyə təqdim edilmiş görüntüdən, həmçinin Azərbyacan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə sorğu verilərək alınmış fotogörüntüdən şikayətçinin “X6” minik markalı **-ES-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ümumi istifadədə olan nəqliyyat vasitəsinin nəqliyyat axını istiqamətində zolaqla hərəkət etməsi aşkar görünür və bununla şikayətçi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş olduğunu sübut edilir. Şikayətçi təqsirsiz olmasını təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etmədiyindən şikayət ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şikayət rədd edilsin. X3 barəsində Azərbyacan Respublikası DİN-nin Baş Dövlət Yol X1 Sisteminin EQ22372307 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar