Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-11/2021 23.02.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Barəsində inzibati qərar çıxarılan şəxs X1 iştirakı ilə Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin TP4138558 nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılan şəxs X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin TP4138558 nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 (iki yüz) manat cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Qeyd edilən protokoldan narazı qalan X6 şikayətlə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin TP4138558 nömrəli, xx xxxxxx 2021-ci il tarixli qərarının ləğv olunması və onun barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP3726451 nömrəli inzibati protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə barəsində inzibati qərar çıxarılan şəxs X6 şikayətini müdafiə edərək göstərdi ki, o, xx xxxxxx 2021-ci il tarixdə saat 12:16-da "SMS icazə” alaraq həyat yoldaşı X3 Qubadlı Rayon X5 müayinəsinə aparmışdı. Xəstəxanada növbə olduğundan onlar gözləməli oldmuş və həmin tarixdə (xx.xx.2021) saat 14:45-də həkim (ultrasəs) müayinəsi başlanmışdı. Həkim müayinəsi 30 dəqiqə davam edərək saat təqribən 15:15-də başa çatmışdı. Xəstəxanadan evə qayıdan zaman onu yolda polis əməkdaşları saxlamışdı. Saxlanılan vaxt icazəsinin vaxtından təxminən 3-4 dəqiqə keçmişdi. O, xəstəxanadan qayıtdıqlarını və gecikmənin xəstəxanadakı növbə ilə bağlı olduğunu bildirərək müayinə kağızını təqdim etsə də, polis əməkdaşları dediklərini nəzərə almamışdılar və onun barədə yol patrul xidmətinin avtomobilində olan bort kompüter vasitəsilə inzibati protokol tərtib etmişdilər.İnzibati xəta haqqında iş üzrə protokol ona təqdim edilmədiyindən o, sonradan Sumqayıt Şəhər DYPŞ-nə müraciət edərək yalnız inzibati qərarı ala bilmişdir. Ona məlum olmuşdur ki, Sumqayıt Şəhər DYPŞ tərəfindən onun haqqımda 14.01.21-ci il tarixli, İXP ******* nömrəli inzibati protokol tərtib edilmiş və TP ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 200.00 (iki yüz) manat cərimə tətbiq olunmuşdur. Bundan sonra o, inzibati protokolun və qərarın ləğvinə dair xx xxxxxx 2021-ci il tarixli ərizə ilə AR DİN Baş Dövlət X12 müraciət etmişdir.Qanunla müraciətlərə baxılması üçün müəyyən edilmiş müddət bitsə də, bu günə kimi həmin müraciətinə cavab verilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən hesab edir ki, Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin TP4138558 nömrəli, xx xxxxxx 2021-ci il tarixli qərarı əsassızdır və ləğv olunaraq İXP ******* nömrəli inzibati protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Onun tərəfindən hər hansı inzibati xəta törədilməmişdir. Belə ki, həm qanunvericilik baxımından, həm də səlahiyyətli dövlət qurumlarının rəsmilərinin dəfələrlə bildirdikləri mövqeyə uyğun olaraq tibbi səbəblərdən gecikmə halları üzrlü səbəbdən gecikmə halları kimi qəbul edilir. Ona Qubadlı Rayon Mərkəzi Xəstəxanasından həqiqətən yoldaşı X7 ilə həmin xəstəxanada olması və gecikmənin növbənin çox olması səbəbindən baş verməsi barədə arayış verilmişdir. Arayışla onun təqsirsizliyi sübuta yetirilir. Həmçinin polis əməkdaşları onu saxlayan zaman icazənin vaxtından təxmini 3-4 dəqiqə keçmişdi və o, evə qayıtmaqda idi. Bütün bu hallar nəzərə alınmadığından onun barəsində cərimə tətbiq olunmasına dair inzibati xəta haqqında iş üzrə qərarı qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən bu hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xilam verilir: 53.0.1. inzibati xəta hadisəsi olnıadıqda; 53.0.2. inzibati xəta tərkibi olnıadıqda. Saxlanılan zaman polis əməkdaşları ona protokolu və ya hər hansı digər sənədi təqdim etməmiş, baş vermiş faktın inzibati xəta olması, onun təqsirinin olub-olmaması araşdırılmamış, protokola etiraz etməsinə baxmayaraq, onun inzibati xəta haqqında iş üzrə icraatda iştirakı təmin edilməmiş, hüquqlarının müdafiəsi üçün ona zəruri şərait yaradılmamış və barəsində xəbəri olmadan inzibati xəta haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin olması, şəxsin inzibati xəta törətməkdə təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar olaraq müəyyən edilmişdir. Bundan əlavə inzibati xətalar haqqında qanunvericiliyin icraatın iştirakçılarının işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edilməsi (AR İXM: 60-cı maddə), barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən izahatın alınması (AR İXM: 61-ci və 78-ci maddə), sənədlərin sübut qismində araşdırılması (AR İXM: 80-ci maddə), sübutların tam, hərtərəfli və obyektiv qiymətləndirilməsi (AR İXM: 84-cü maddə), inzibati xəta haqqında işə baxılma qaydası (AR İXM: 112-ci maddə) və qərarın çıxarılması qaydasına (AR İXM: 114-cü maddə) dair tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulan inzibati xəta (Epidemiya əleyhinə rejimin,sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) yolhərəkəti qaydaları əleyhinə olan inzibati xəta deyil (AR İXM 29-cu fəsil) və Əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalara (AR İXM 23-cü fəsil) aiddir. Azərbaycan Respublikası İXM bu xətalar üzrə icraat aparılmasının fərqli qaydasını nəzərdə tutur. Yol-hərəkəti qaydaları əleyhinə olan xətalara (AR İXM-nin 327 - 348-ci maddələrində nəzərdə tutulmuş xətalara) baxılması qaydası Azərbaycan Respublikası İXM 16-cı fəsillə, digər inzibati xətalara baxılması 15-ci fəsillə tənzimlənir. Onun barədə protokolun tərtib olunması, icraatın aparılması və qərarın çıxarılması 15-ci fəsilə uyğun aparılmalı olduğu halda, Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən bu prosessual tələb pozulmuş və inzibati xəta haqqında iş üzrə icraat Məcəllənin tələbləri nəzərə alınmadan 16-cı fəsilə uyğun aparılmışdır. Bu isə protokol və qərarın tamamilə qanunazidd olması deməkdir. Təqsirsizlik prezumpsiyasının (AR İXM: 8-ci maddə) tələbləri və qanunçuluq prinsipinin (AR İXM:6-cı maddə) tələbləri pozulmuşdur. Belə ki, tərəfindən YPX əməkdaşına xəstəxanadan qayıtdıqları bildirilərək müayinə kağızının təqdim olunmasına, iş üzrə əsaslı şübhələr olmasına və təqsiri sübuta yetirilməməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hesab edir ki, onun hər hansı təqsiri olmadığından, inzibati xəta hadisəsi olmadığından və ümumiyyətlə inzibati xəta haqqında iş üzrə icraat Azərbaycan Respublikası İXM-nin maddi və prosessual normalarının pozuntularına yol verilməklə aparıldığından inzibati xəta haqqında iş üzrə qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərini nəzərə alaraq şikayətinin təmin edilməsini xahiş etdi. Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsi qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına onun səlahiyyətli nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir.Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir.Məhkəmə Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati qərar çıxarılan şəxsi dinləyib, şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilərək Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin TP4138558 nömrəli, xx xxxxxx 2021-ci il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X8 ilə xx.xx.2018-ci il tarixdə nikah bağlamışdırlar və arvadın soyadı “Allahverdiyeva” olmuşdur. “Qubadlı Rayon Mərkəzi Xəstəxanası” publik hüquq şəxsinin arayışından görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X7 həqiqətən xx.xx.2021-ci il tarixində Qubadlı rayon X5 müayinəsində olmuşdur.xx.xx.1990-cı il təvəllüdlü X6 həqiqətən Allahverdiyeva Çinarə ilə müayinədə iştirak etmişdir.Növbənin çox olması səbəbi ilə müayinə müddəti uzanmışdır. Bu səbəbdəndə gecikmə baş vermişdir. Qubadlı Rayon Mərkəzi Xəstəxanasının ultrasəs müayinə vərəqəsindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə 14:45-də ultrasəs vasitəsi ilə müayinə edilmişdir. xx.xx.2021-ci il tarixli sms çıxarışdan görünür ki, aa0499742 nömrəsi üzrə sorğu 12:16-da təsdiq edilmişdir.Artıq 3 saat müddətinə yaşayıs yerini tərk edə bilərlər.3 saatdan artıq vaxt üçün tibbi arayış tələb olunur. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, aa0499742 seriyalı vəsiqənin sahibi X4r. TP4138558 nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 xx.xx.2021-ci il tarixdə saat 15:27-də C.M.Quluzadə küçəsində epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmuş və Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsinə görə 200 manat cərimə edilmişdir. X6 xx.xx.2021-ci il tarixdə Azərbyacan Respublikası DİN BDYPİ-nin rəisi polis general-mayoru cənab Ramiz Zeynalova ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixdə həkimdən qayıdarkən sms icazəsi olduğu halda 200 manat cərimə olduğunu bildirmiş və barəsində tərtib olunmuş İXP3726451 saylı qanunsuz protokolun ləğv edilməsinə göstəriş verilməsini xahiş etmişdir.Ərizəyə tibbi arayış əlavə etmişdir. Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə “Sanitariyaepidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli № 488 saylı qərarının 2.7-ci maddəsində göstərilir ki, bu Qərarın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində göstərilən şəxslər (2.6.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 2.6.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar;) yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər (SMS – məlumatlar və “E-Təbib” mobil tətbiqindən istifadə ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir: 2.7.1. 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda, olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2.7.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir). Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli № 488 saylı qərarının 2.7.1-ci bəndinə əsasən aa0499742 seriyalı vəsiqənin sahibi X6 təxirəsalınmaz tibbi zərurətlə əlaqədar olaraq sms götürərək həyat yoldaşını Qubadlı Rayon Mərkəzi Xəstəxanasına ultrasəs müayinəyə aparmış və sms müddətini aşmış olsa da belə (12:16 sms yaşayış yerini tərk etmək üçün icazə vaxtının başlanğıcı+ 3 saat= sms icazənin bitmə vaxtı 15:16; protokolun tərtib etmə vaxtı 15:27 ), geri qayıtma müddəti həkim tərəfindən verilən tibbi arayışla müəyyən edilə bildiyindən polis əməkdaşına Qubadlı Rayon Mərkəzi Xəstəxanasının müayinə vərəqəsini təqdim etmişdir.Buna baxmayaraq polis əməkdaşı tərəfindən onun barəsində inzibati protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda barəsində inzibati qərar çıxarılan şəxs X6 xx.xx.2021-ci il tarixdə ərizə ilə rəsmi qaydada Azərbyacan Respublikası DİN BDYPİ-yə müraciət edərək “Qubadlı Rayon Mərkəzi Xəstəxanası” publik hüquq şəxsinin arayışını əlavə etmiş olsa da, həmin idarə tərəfindən onun ərizəsi bugünədək baxılmamış qalmışdır.Belə olan halda X6 heç bir qanun pozuntusuna yol verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından cıxış edərək məhkəmə hesab edir ki, X6 barəsində Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin TP4138558 nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh etmə haqqında qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 134.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X9 oğlunun şikayəti təmin edilsin. X6 barəsində Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin TP4138558 nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh etmə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vladimir Ruvinov
Məhkəmə qərarları › İş №3(028)-11/2021
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-11/2021
23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver