Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-12/2024 19.02.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Şikayət verən X1, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru polis baş serjantı X2 iştirakı ilə X3 barəsində Azərbyacan Respublikası DİN-nin Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti tərəfindən TP6219281 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti tərəfindən TP6219281 saylı xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bununla yanaşı şikayətçi vəsatətlə Məhkəməyə müraciət edərək onun şikayətinə Qubadlı rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmədə X3 şikayətini müdafiə edərək bildirdi ki, o, 12 yanvar 2024-cü il, saat 15:57 radələrində Sumqayıt şəhəri, Nəriman Nərimanov (Corat) küçəsində BMW 520 minik markalı, 10UN520 nömrəli maşınla hərəkətdə olarkən onu polis saxlamış və duman işığını yanılı qoyduğuna irad bildirmişdir. Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru polis serjantı X4 ona əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə protokol tərtib etmişdir. O, ondan qərarı istədikdə heç nə təqdim olunmamışdı.Özü Sumqayıt şəhər DYPŞ-nə müraciət edərək qərarı xx.xx.2024-cü il tarixdə rəsmi götürmüşdür. Hesab edir ki, heç bir qanun pozuntusu törətməmişdir və ona görə də qərarla razı deyildir. Belə ki, həmin gün hava şəraiti dumanlı olmuşdur. O, dənizqırağı ilə hava limanına doğru hərəkətdə olmuş və yol dumanlı olduğundan duman işıqlarını yandırmışdır. Qanuna görə məhdudiyyətli görünmə şəraitində - həm ayrıca, həm də faranın yaxın və ya uzaq işıqları ilə birlikdə duman faralarından istifadə oluna bilinər. Bu səbəbdən özünü təqsirli hesab etmir. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru polis baş serjantı X4 bildirdi ki, Sumqayıt şəhərində saat 15:57-də 12 yanvar 2024-cü il tarixdə hava şəraiti dumanlı olmamışdır. Bu səbəbdən o, şikayəti qəbul etməyərək məhkəmədən rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6219281 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2024-cü il il tarixli İXP5957087 saylı protokola və inzibati xəta hqqında işin materiallarına baxılaraq müəyyən edilmişdir ki, X3 xx.xx.2024-cü il tarixdə saat 15:57-də Sumqayıt şəhəri, Nəriman Nərimanov (Corat) ərazisində BMW 520 minik markalı 10UN520 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona həmin maddəyə əsasən 30 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun Maddə 73-cü maddəsində (Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən səs siqnalları və xarici işıq cihazlarından istifadə edilməsi) göstərilir: V-İ. Duman faralarından aşağıdakı hallarda istifadə oluna bilər: 1) məhdudiyyətli görünmə şəraitində - həm ayrıca, həm də faranın yaxın və ya uzaq işıqları ilə birlikdə; 2) sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində - faraların yaxın və uzaq işıqları ilə birlikdə; 3) bu Qanunun 73-cü maddəsinin V hissəsində nəzərdə tutulmuş hallarda müvafiq nəqliyyat vasitələrində faranın yaxın işıqlarının əvəzinə. Qeyd: Duman faralarından aşağıdakı hallarda istifadə oluna bilər: 1) məhdud görünmə şəraitində - həm ayrıca, həm də faranın yaxın və ya uzaq işıqları ilə birlikdə; 2) sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində — faraların yaxın və uzaq işıqları ilə birlikdə. Vİ. Sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, habelə məhdudiyyətli görünmə şəraitində dayanarkən və durarkən nəqliyyat vasitəsində və avtoqatarda qabarit və ya dayanacaq işıqları yandırılmalıdır. Əgər qabarit işıqları nasazdırsa, nəqliyyat vasitəsi yoldan kənara çıxarılmalı, bu mümkün olmadıqda isə o, qəza dayanma nişanı ilə bu Qanunun tələbinə uyğun işarələnməlidir. Vİİ. Qatı duman şəraitində, güclü qar və yağış yağanda, yaxud buna uyğun digər şəraitdə, həmçinin faranın yaxın işıqları və ya duman faraları və dumana qarşı fənərlər yandırala bilər. Qeyd: Yuxarıda göstərilən hallar istisna olmaqla, nəqliyyat vasitələri işıq və səs siqnalları söndürülmüş vəziyyətdə aşağıdakı hallarda duracaqda dayana bilər: 1) işıqlandırılmış yollarda nəqliyyat vasitəsi kifayət qədər məsafədən aydın göründükdə; 2) yolun hərəkət hissəsinin kənarından aralı saxlandıqda; 3) akkumulyatorla təchiz olunmamış motosikletlər yaşayış məntəqəsində yolun hərəkət hissəsinin qırağında saxlandıqda; 4) yaşayış məntəqələrində hərəkət gərginliyi az olan küçələrdə. İX. Arxa duman fənərlərindən yalnız məhdudiyyətli görünmə şəraitində istifadə edilə bilər. Arxa duman fənərlərini stop-siqnallara qoşmaq qadağandır. Məhkəmə tərəfindən Sumqayıt şəhərində xx.xx.2024-cü il tarixdə hava durumuna dair internet məlumat axtarışı zamanı məlum olmuşdur ki, həmin gün hava dumansız olmuşdur. Bununla yanaşı Məhkəmə qeyd edir ki, şikayətçinin özünün də etiraf etdiyi kimi onun barəsində protokol saat 15-16 arası tərtib edilmişdir, bu zaman isə havanın işıqlı vaxtına təsadüf edir. Həmçinin şikayətçi etiraf edir ki, işıq cihazlarından yalnız duman işıqlarından istifadə etmişdir. Məhkəmə hesab edir ki, X3 xx.xx.2024-cü il tarixdə saat 15:57 radələrində havanın dumanlı olmasını təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etmədiyindən şikayət ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şikayət rədd edilsin. X3 barəsində Azərbyacan Respublikası DİN-nin Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti tərəfindən TP6219281 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №3(028)-12/2024
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-12/2024
19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver