Məhkəmə qərarları › İş №3(028)-14/2021

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-14/2021

12.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-14/2021 12.03.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Barəsində inzibati qərar çıxarılan şəxs X1 iştirakı ilə Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidmətinin xx.xx.2021-ci il tarixli, TP4126331 saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qubadlı rayon, Zilanlı kəndində qeydiyyatda olan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsinin DYPŞ Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, TP4126331 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 (iki yüz) manat cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Qeyd edilən protokoldan narazı qalan X5 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidmətinin xx.xx.2021-ci il tarixli, TP4126331 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-287/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət aidiyyatı üzrə baxılması üçün Qubadlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati qərar çıxarılan şəxs X5 şikayətini müdafiə edərək göstərdi ki, o, Azərbaycan Respublikası CM-nin 213-1.1-ci maddəsi ilə təqsirli bilinərək Binəqədi Rayon Məhkəməsinin 1(001)-448/2020 saylı, xx.xx.2020-ci tarixli hökmü ilə 01 il müddətinə islah işləri cəzasına məhkum edilib.Binəqədi Rayon İcra və probasiya şöbəsi tərəfindən ona xx.xx.2021-ci il tarixli, 17/68/02/5 saylı bildiriş göndərilmişdir.Bildirişdə qeydiyyatdan keçmək üçün xx.xx.2021-ci il tarixdə icra şöbəsinə getməli olduğu qeyd olunmuşdur.Bu səbəbdən də icra şöbəsinə getmək üçün 8103 qısa nömrəsinə icazə üçün SMS göndərib.İcazə üçün SMS saat 11:03-də gəlmişdir.Lakin buna baxmayaraq saat 11:09-da Sumqayıt şəhəri ərazisində cərimə olunmuşdur.Polis əməkdaşına icazəsinin olduğunu söyləsə də və dediklərini SMS-lə təstiq etsə də, polis əməkdaşı buna məhəl qoymamışdır. Qeyd etmişdir ki, inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli, TP4126331 saylı inzibati xəta haqqında protokolda cərimənin yazıldığı saat 10:57 qeyd edilmişdir.Lakin bu tamamilə yalnışdır.Belə ki, o, saat 11:09-da cərimə olunub.Bu elektron portalda da öz əksini tapmışdır.Lakin polis əməkdaşları qanunsuz olaraq yazdıqları cərimənin ödənməsi üçün protokolda cərimənin yazılma saatını geriyə çəkərək özlərinə haqq qazandırmağa çalışmışdırlar. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli deyildir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinin tələbinə əsasən əməlində inzibati xəta tərkibi olmaması əsası ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərini nəzərə alaraq şikayətinin təmin edilməsini xahiş etdi. Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidmətinə qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına onun səlahiyyətli nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir.Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir.Məhkəmə Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidmətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati qərar çıxarılan şəxsi dinləyib, şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilərək Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidmətinin xx.xx.2021-ci il tarixli, TP4126331 saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 8103 nömrəsinə göndərilmiş sms-in kserosurətindən görünür ki, aa0868225 nömrəsi üzrə sorğu 11:03-də təsdiq edilmişdir.Artıq 3 saat müddətinə yaşayıs yerini tərk edə bilərlər. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, aa0868225 seriyalı vəsiqənin sahibi X4r. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin 17/6802/5 saylı, xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, məhkum X5 Azərbaycan Respublikası CM-nin 213-1.1-ci maddəsi ilə təqsirli bilinərək Binəqədi Rayon Məhkəməsinin 1(001)-448/2020 saylı, xx.xx.2020-ci tarixli hökmü ilə 01 il müddətinə islah işləri cəzasına məhkum olunduğuna görə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə əsasən qeydiyyatdan keçmək üçün xx.xx.2021-ci il tarixdə saat 11:00-da Binəqədi Rayon İcra Şöbəsinə çağırılmışdır. xx.xx.2021-ci il tarixli my.gov.az elektron səhifəsinin çıxarışından görünür ki, X5 barəsində xx.xx.2021-ci il tarixdə saat 11:09:05-də İXP3714236 saylı protokol tərtib edilmiş və həmin protokola əsasən o, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə görə epidemiya əleyhinə rejimin, sanitar-gigiyena və karantin rejimlərinin pozulmasına dair 200 manat cərimə edilmişdir. TP4126331 saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2021-ci il tarixli İXP3714236 nömrəli protokola əsasən X5 xx.xx.2021-ci il tarixdə saat 10:57-də Sumqayıt şəhəri, M.Əsədov Məhəllə 53 ərazisində epidemiya əleyhinə rejimin, sanitar-gigiyena və karantin rejimlərini pozduğuna görə ona Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 200 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə “Sanitariyaepidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli № 488 saylı qərarının 2.7-ci maddəsində göstərilir ki, bu Qərarın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində göstərilən şəxslər (2.6.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 2.6.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar;) yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər (SMS – məlumatlar və “E-Təbib” mobil tətbiqindən istifadə ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir: 2.7.1. 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda, olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2.7.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir). Həmin qərarın 2.12-ci bəndinə əsasən iki halda şəxsin yaşayış yerini və olduğu yeri SMS göndərmədən və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə icazə almadan tərk etmək hüququ vardır: 2.12.1. həyat və sağlamlığına bilavasitə təhlükəli vəziyyət yarandıqda; 2.12.2. məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda (məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırılmasına dair sənəd əsasında). Məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli № 488 saylı qərarının 2.7.1-ci bəndinə əsasən aa0868225 seriyalı vəsiqənin sahibi X5 Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə getmək üçün xx.xx.2021-ci il tarixdə 8103 nömrəsinə sms göndərmiş və ona evi tərk etmək barədə icazə cavabı 11:03-də gəlmişdir.My.gov.az elektron portaldan olan çıxarışdan görünür ki, Elməddin Hüseynov barədə olan İXP3714236 saylı, xx.xx.2021-ci il tarixli protokolun tərtib edilmə vaxtı 11:09:05-dir.Digər tərəfdən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli № 488 saylı qərarının 2.12.2-ci bəndinə görə şəxsin məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda yaşayış yerini və olduğu yeri SMS göndərmədən tərk etmək hüququ vardır. Belə olan halda X5 heç bir qanun pozuntusuna yol verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, X5 barəsində Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidmətinin xx.xx.2021-ci il tarixli, TP4126331 saylı inzibati tənbeh etmə haqqında qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 134.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. X5 barəsində Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidmətinin xx.xx.2021-ci il tarixli, TP4126331 saylı inzibati tənbeh etmə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vladimir Ruvinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar