Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-14/2023 02.03.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Ruvinovun sədrliyi, Məhkəmə iclas katibi X2, Qubadlı rayon X7 X9 operatoru polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs Zülfü oğlunun iştirakları ilə, xx.xx.1988-ci ildə Laçın rayonu Çorman kəndində doğulmuş və orada qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 azyaşlı uşağı var, orta təhsilli, məhkumluğu olmayan, fərdi işlə məşğul olan, Bakı şəhəri, Xətai rayonunda məskunlaşan, FİNxxxxxxx Şəxs Zülfü oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Qubadlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qubadlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Zülfü oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli İXP5259942 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Əliyev X4 yolu ərazisində idarəetməni itirərək yolun kənarında yol nişanı diyərinə (dəmir) dəyərək öz əmlakına maddi ziyan vurmuşdur. Qubadlı rayon X7 X9 operatoru polis serjantı X3 bildirdi ki, Əliyev X4 ərazisində ehtiyatsızlıqdan maşınını yol nişanına vurmuşdur.Avtomaşınına ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zülfü oğlu bildirdi ki, Laçın-Qubadlı yolunda hərəkətdə olan zaman yolun Qubadlı rayonu Muradxanlı kəndi ərazisindən keçən hissədə idarə etdiyi nəqliyyat vasitəsi palçığa düşdüyündən görmə məhdudlaşmışdı və bu zaman yolun kənarında yerə basdırılmış yol nişanına çırpılmışdır.Öz maşınına ziyan dəyib.Qarabağ qazisidir. Məhkəmə Qubadlı rayon X7 X9 operatoru polis serjantı X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zülfü oğlunu dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Zülfü oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. xx.xx.2023-cü il tarixli İXP5259942 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Əliyev X4 yolu ərazisində idarəetməni itirərək yolun kənarında yol nişanı diyərinə (dəmir) dəyərək öz əmlakına maddi ziyan vurmuşdur.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətinə cəlb olunur.Hazırki işdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zülfü oğlu məhz zərər çəkmiş şəxsə deyil, öz əmlakına maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətinə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli ücün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər çür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə içraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 53.0.2-cı maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanılmış icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs Zülfü oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutlmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 105, 114.1.3, 114.2.1, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Zülfü oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə başlanmış 3(028)-14/2023 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vladimir Ruvinov
Məhkəmə qərarları › İş №3(028)-14/2023
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-14/2023
02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver