Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-16/2022 18.03.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Qubadlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qubadlı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinə əsasən 01.02.2022-ci il tarixli İXP4430248 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və protokolu tərtib edən Qubadlı Rayon Polis Şöbəsinə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişlər.Belə olan halda məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Qubadlı Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlər şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. . İş materiallarında olan 12.08.2021-ci il tarixli EQ7428850 saylı İnzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Binəqədi şossesi Xırdalan dairəsi istiqamətində 12.08.2021-ci il tarixdə saat 15:38 radələrində Opel Combo minik markalı 50DT607 qeydiyyat nömrəli nəqliyyat vasitəsinin istifadəçisi Şəxs durma qaydalarını pozmuş, bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və ona 20 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. 17.08.2021-ci il tarixli EQ7482387 saylı İnzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Qendob-Yalama yolu 40-cı km Yalama istiqamətində 17.08.2021-ci il tarixdə saat 14:59 radələrində Opel Combo minik markalı 50DT607 qeydiyyat nömrəli nəqliyyat vasitəsinin istifadəçisi Şəxs yolda müəyyən edilmiş hərəkət surətini 13 km/saat həddində aşmış, bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və ona 10 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. 27.08.2021-ci il tarixli EQ7593092 saylı İnzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Bakı-Quba yolu 46,5 km istiqamətində 27.08.2021-ci il tarixdə saat 20:02 radələrində Opel Combo minik markalı 50DT607 qeydiyyat nömrəli nəqliyyat vasitəsinin istifadəçisi Şəxs təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmiş, bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və ona 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. 04.09.2021-ci il tarixli EQ7673181 saylı İnzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Bakı-Quba yolu 63-cü km, Quba istiqamətində 04.09.2021-ci il tarixdə saat 17:01 radələrində Opel Combo minik markalı 50DT607 qeydiyyat nömrəli nəqliyyat vasitəsinin istifadəçisi Şəxs yolda müəyyən edilmiş hərəkət surətini 11 km/saat həddində aşmış, bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və ona 10 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. 21.10.2021-ci il tarixli EQ8093617 saylı İnzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Novxanı istiqamətində 20.10.2021-ci il tarixdə saat 20:22 radələrində Opel Combo minik markalı 50DT607 qeydiyyat nömrəli nəqliyyat vasitəsinin istifadəçisi Şəxs yolda müəyyən edilmiş hərəkət surətini 19 km/saat həddində aşmış, bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və ona 10 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Məhkəmə tərəfindən X2 baxış keçirilən zaman EQ7673181 saylı, EQ7428850 saylı, EQ7482387 saylı, EQ7593092 saylı və EQ8093617 saylı protokollar üzrə qaimələrin artıq ödənildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 529-cu maddəsinin qeyd hissəsinə görə bu Məcəllənin 529.1-ci və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda) 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsə isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə, inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hesab edir ki, Şəxs cərimələri inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyinə görə inzibati məsuliyyətdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43,106, 109, 114.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar Hakim Vladimir Ruvinov
Məhkəmə qərarları › İş №3(028)-16/2022
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-16/2022
18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver