Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-165/2024 16.12.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Qərardan şikayət verən X1 iştirakı ilə X2 barəsində Azərbyacan Respublikası DİN-nin Baş Dövlət Yol X5 Xidmətinin EQ24629216 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasına dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbyacan Respublikası DİN-nin Baş Dövlət Yol X5 Xidmətinin EQ24629216 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini müdafiə edərək bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Toyota Prius” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Bakı şəhəri X4 qp001 küçəsində DYP-nin əməkdaşları tərəfindən qarşı yola keçmə əmrini almışdır. xx.xx.2024-cü il tarixində mobil telefonuna sms radar tətbiqinə EQ24629216 nömrəli qərarla Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə tətbiq olunmuşdur. O, yol hərəkətini pozmayıb. Sadəcə DYP-nin əməkdaşısnın (inspektorun) göstərişini yerinə yetirmişdir. Bu hal təhlükəsiz şəhər görüntülərində (kamera) öz əksini tapır. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbyacan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına onun səlahiyyətli nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası İXMin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Məhkəmə idarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə qərardan şikayət verən şəxsi dinləyib və işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il il tarixli EQ24629216 saylı protokola və inzibati xəta haqqında işin materiallarına baxılaraq müəyyən edilmişdir ki, X2 xx.xx.2024-cü il tarixdə saat 09:37-də X4 qp001 ərazisində “Toyota Prius” hibrid markalı **-GG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona həmin maddəyə əsasən 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, qərardan şikayət verən X2 DYP-nin əməkdaşının inspektorun göstərişini yerinə yetirmişdir və qarşı tərəf Məhkəmə tərəfindən verilmiş sorğulara cavab verməyərək mövcud halı təkzib edəcək mötəbər və inandırıcı sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 114, 128, 130-135-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şikayət qismən təmin edilsin. X2 barəsində Azərbyacan Respublikası DİN-nin Baş Dövlət Yol X5 Xidmətinin EQ24629216 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və inzibati xəta haqqında iş barəsində inzibati qərar çıxarılan şəxs X1 iştirakı ilə yenidən baxılması üçün Azərbyacan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №3(028)-165/2024
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-165/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver