Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-170/2024 23.12.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İnzibati xəta haqqında qərar tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati qərar çıxarılan şəxs X3, Barəsində inzibati qərar çıxarılan şəxs X3 vəkili Vəkil iştirakları ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati qərar çıxarılan şəxs X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və Azərbaycan Respublikası İXM-nin 272-cümaddəsi ilə təqsirləndirilməyi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X4 barəsində protokol tərtib olunarkən İXM-nin qeyd olunan maddələrinin tələblərini pozmamışdır. Belə ki, özü Qubadlı rayonunun Zilanlı kəndindəndir. xx.xx.2024-cü il tarixdə baytar həkim yoldaşları Sadıq Sadıqov və Qafar Ələsgərovla birlikdə Qubadlı və Zəngilan rayonları ərazisində saxlanılan xırda və iri buynuzlu mal-qarada dabaq əleyhinə peyvənd aparmaq məqsədi ilə həmin rayonlara getmişdirlər. xx.xx.2024-cü il tarixdə Qubadlı rayonunun Kavdadıq kəndində dostları Sadıq Sadıqov və Qafar Ələsgərovla birlikdə nar yığarkən, özlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları kimi təqdim edən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb əlində saxladığı ov tüfəngini ondan tələb etdilər. O, etiraz etməyərək atəş yuvasında patron olmayan və atəşə hazır olmayan tüfəngi onlara təqdim etdi. Sorğu zamanı onlara bildirdi ki, onun ov etmək məqsədi və niyyəti olmayıb. Sadəcə olaraq idarə etdiyi avtomaşının qapısı kilidlənmədiyi üçün şəxsi mülkiyyətində olan tüfəngi özü ilə götürmüşdü ki, oğurlana bilər. Lakin onlar onunla razılaşmayaraq guya ov etdiyini qeyd edərək akt tərtib etdilər. O, həmin akta imza etməkdən imtina edərək onlara bir daha izah etdi ki, yanında olan dostları ilə birlikdə nar dərirlər. O, ovçular cəmiyyətinin üzvü də deyil və ovçuluq bileti də yoxdur. Ov etmək həvəskarı deyil. Bunu onunla birlikdə olan dostları da təsdiq edə bilər. O, silahı onlara təhvil verib oradan çıxıb getmişdi. 3 gün sonra, yəni xx.xx.2024cü il tarixdə Qubadlı rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən şöbəyə dəvət edildi. Orada ondan izahat alıb İXM-nin 590.1-ci maddəsi ilə nəzərdə tutulan “Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanması, daşınması və ya satılması qaydalarının pozulması”na görə 50 manat cərimə edərək silahını özünə qaytarmışdılar. Bundan sonra noyabr ayının 15-də poçt vasitəsi ilə ona Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən xx.xx.2024-cü il tarixdə saat 10:00-da ov qaydalarının pozulması faktı ilə bağlı barəsində başlanmış inzibati işə baxılacağı barədə xx.xx.2024-cü il tarixli, G-BM/2624-96 saylı inzibati xətalar haqqında işlər üzrə bildiriş daxil olmuşdur.xx.xx.2024- cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində barəsində tərtib olunmuş eyni tarixli protokola onların səlahiyyətinə aid olmadığı halda baxaraq 1000 manat cərimə olunmağı barədə qərar qəbul edilmişdir. Barəsində tərtib edilmiş xx.xx.2024-cü il ******* nömrəli İnzibati xəta haqqında Protokoldan və həmin protokal əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli qərardan narazıdır. Belə ki, xx.xx.2024-cü tarixdə Qubadlı rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən İXM-nin 590.1-ci maddəsi ilə nəzərdə tutulan “Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanması, daşınması və ya satılması qaydalarının pozulması”na görə işə baxılaraq o, 50 manat cərimə edilməklə silahı özünə qaytarmışdır. İXM-nin 53.0.7 maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Göründüyü kimi artıq Qubadlı rayon polis şöbəsində qeyd olunan fakt üzrə barəsində inzibatri xəta haqqında işə baxılaraq barəsində müvafiq qərar qəbul edilmişdir. Ona görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı RETSİ-nin əməkdaşları tərəfindən barəsində tərtib edilmiş inzibati xəta haqqında ******* nömrəli protokol üzrə başlanmış inzibati işin icraatına əslində xitam verilməli idi. Bundan başqa Azərbaycan Respublikasının inzibati icraat haqqında Qanununun 59-cu maddəsinin tələbinə görə yazılı inzibatı aktda inzibati aktı tərtib etmiş inzibati orqanın möhürü həmin sənədə vurulmalıdır. Lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli 87476 nömrəli Akt və həmin tarixli MN-2113359 nömrəli İnzibati xəta haqqında protokolda inzibati orqanın möhürü vurulmamışdır. 12 saylı RETSİ-nin əməkdaşları akt tərtib edərkən onun guya ovçuluq haqqında Azərbaycan Respublikası Qanununun 12, 14 və 20-ci və İXM-nin 272.3-cü maddələrinin tələblərini pozduğunu qeyd edərək barəsində inzibati iş başlamışlar. Hansı ki, o, həmin gün orada ov etməmiş və belə bir məqsədi də olmayıb. Cəmisi həmin gün istifadəsində 2 ədəd patronu olub. Ov etməyə gedən adam məgər iki ədəd patronlamı gedir? Həmin vaxt silahdan istifadə edib-etməməyi də araşdırılmamışdır. Yəni silahdan atəş açılıbaçılmaması aydınlaşdırılmamışdır. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əməkdaşların ehtimallarına əsaslanmışdır. Hansı ki, bu kimi ehtimallar mövcud qanunvericiliyin tələblərinə görə onun xeyrinə şərh edilməlidir. Məhkəmə iclasında barəsində inzibati qərar çıxarılan şəxs şikayətini müdafiə edərək bildirdi ki, həmin ərazidə nar yığırdılar. Ərazidə ilanların olmasına və silahı maşınının qapısının xarab olmasına görə yanında saxlamışdır. Silahın içində cəmi 2 patron olmuşdur. Onları da idarənin əməkdaşları yaxınlaşanda təhvil vermişdir. Şikayətnin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati qərar çıxarılan şəxsin vəkili şikayəti müdafiə edərək bildirdi ki, qarşı tərəfin təqdim etdiyi diskin nə vaxt çəkilməsi (hadisə zamanı və ya ondan sonra) bəlli deyildir. Məhkəmə iclasında diskə baxılan zaman atəş səsi eşidilməmiş, eşidilsə də belə onun məhz şikayətçi tərəfindən atılması sübut olunmamışdır. Bunun üçün qarşı tərəf xüsusi ekspertiza keçirməli idi. Hadisə nar bağında olub. Orda vəhşi heyvan olmur. Digər tərəfdən qanunvericiliyə əsasən mövcud hadisə idarə tərəfindən deyil, məhkəmə tərəfindən araşdırılaraq qərar çıxarılmalı idi. Eyni zamanda qarşı tərəfin tərtib etdiyi protokol imzasız və möhürsüzdür. Məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi şikayəti qəbul etməyərək bildirdi ki, “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ovçuluq fəaliyyəti heyvanların izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü deməkdir. Həmçinin Azərbaycan Respublikası ərazisində 2023-2024-cü illər ov mövsümünün açılışı, vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normalarına dair 299/ü saylı xx.xx.2023-cü il tarixli Daxili əmrə əsasən ölkə ərazisində ovun qadağan edildiyi ərazilər və müddətlər göstərilmişdir. Ekoloji mühitin bioloji müxtəlifliyinin qorunması məqsədi ilə ümumən işğaldan azad olunmuş ərazilərdə ov etmək qadağan edilmişdir. Həmin ərazilərdə ov mövsümü tətbiq edilmir. Həmin ərazilərdə ov silahının gəzdirilməsi, heyvanların izlənilməsi, təqib edilməsi və vurulması qadağandır. İdarənin əməkdaşları ərazidə reyd edən zaman Kavdadıq ərazisindən silah səsi eşitmişlər. İdarənin əməkdaşları şikaytçinin hərəkətlərini müşahidə edərək görmüşlər ki, o, silahı qamışlıqda gizlətmişdir. Ona yaxınlaşan zaman silahın olmasını danmamış, onna hüquqlarının olduğunu bildirmiş və silahın içindən patronları çıxardaraq əməkdaşlara təhvil vermişdir. Həmin ərazidə ov etmənin hər bir mövsümdə qadağan edilməsi orada silahın belə gəzdirilməməsi kimi başa düşülməlidir. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarında olan 87476 saylı xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, xx.xx.2024-cü il tarixli Qubadlı rayonu Kavdadı kəndin ərazisində idarənin xx.xx.2024-cü il tarixli 39 nömrəli Sərəncamına əsasən idarənin xidməti ərazisi olan Qubadlı rayonu ərazisində “Ətraf mühitin mühafizəsi haqqında” və “Ovçulluq haqqında” qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti tərəflərindən araşdırılmışdır. Araşdırma zamanı Qubadlı rayonu Kavdadıq kəndi ərazisində Bərgüşad çayının sol sahilində qamışlıq sahədə olarkən silah səsi eşidilmişdir. Əraziyə yaxınlaşan zaman özünü X4kimi təqdim edən şəxsi silahsız görmüç və onunla sorğu aparmışlar. O, silahı qamışlıq sahədə gizlətdiyini bildirmişdir. Onunla birlikdə silahı gizlətdiyi yerdən götürən zaman silahın sahibi tərəfindən patronların çıxarılmasını müşahidə etmiş və silahın sənədinə baxaraq 16 çaplı “17-58” 3774 nömrəli qoşalülə silah olduğunu müəyyən etmişlər. Həmin şəxslə bərabər digər iki şəxsin üzərinə və həmçinin onlara məxsus **-EQ-*** dövlət qeydiyyat nişanlı “Nissan X-Trail markalı” avtomobilə baxış keçirərkən heç bir ov predmetini müşahidə etməmişlər.Faktla bağlı N.Cabbarovdan izahata verməsinin tələb etsələr də, o, yazılı izahat veməkdən imtina etdi. X1 tərəfindən qadağan olunmuş ərazidə heç bir icazə sənədi (ov lisensiyası) olmadan qanunsuz olaraq ov etməsi nəticəsində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 12.14 və 20-ci maddələrinnin, “Heyvanlar aləmi” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri pozulmuşdur. Ekoligiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin xx.xx.2023-cü il tarixli 299/ü saylı əmrinə əsasən işğaldan azad olunmuş bütün ərazilərdə ov qadağan edilir. Akta ərazidən çəkilmiş fotoşəkillərin surəti əlavə olunur. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında MN1632563 saylı xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Qubadlı rayonu Kavdadıq kəndi ərazisində özünə məxsus ov silahını kaburasız gəzdirmişdir və nəicədə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Qubadlı rayonu Kavdadıq kəndi ərazisində xx.xx.2024-cü il tarixdə 16 çaplı qoşalüləli silahla lazımi icazə sənədi olmadan və qadağan olunmuş ərazilərdə ov edilməsi vaxtı X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qubadlı rayonu Kavdadıq kəndi ərazisində xx.xx.2024-cü il tarixdə 16 çaplı ov silahı ilə qadağan olunmuş vaxtda qadağan olunmuş ərazidə ov etmə faktı nəticəsində X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Nəticədə ona 1000 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq İnzibati xəta haqqında qərar tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə göndərilmiş video görüntüyə məhkəmə iclası zamanı baxış keçirilən zaman, inzibati pozuntu törədilmiş ərazidə hadisə zamanı silahdan atəş açılması səsi eşidilir. “Ovçuluq haqqında” Azərbaycan Respublikasının 637-İİQ saylı xx.xx.2004-cü il tarixli Qanununun 1.0.1-ci maddəsinə əsasən ovçuluq – quruda və suda təbii sərbəstlik və yarımsərbəstlik şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra – vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü deməkdir. Azərbaycan Respublikası ərazisində 2023-2024-cü illər ov mövsümünün açılışı, vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normalarına dair 299/ü saylı xx.xx.2023-cü il tarixli Əmrin 10-cu bəndinə əsasən ov qadağan edilir: Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər və digər sərhədyanı (və ya cəbhə zonasına yaxın ərazilərin) rayonların ərazilərində, işğaldan azad olunmuş bütün ərazilərdə, Xəzər dənizinin adalarında, yaşıl zonalarda şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilinə və sanitar-mühafizə zonalarında. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi tərəf şikayətinin əsaslı olmasını təsdiq edən mötəbər, inandırıcı və təqzibolunmaz sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda inzibati xəta haqqında qərar tərtib etmiş şəxs tərəfindən təqdim edilmiş video görüntülərə məhkəmə iclasında baxış keçirən zaman sözgüdən ərazidə atəş səslərinin açılması eşidilmişdir. Həmin vaxt ərazidə məhz şikayətçinin digər iki şəxslərlə birlikdə olması, silahın qamışlıqda gizlədilməsi və silahın ona məxsus olması X3 işğal olunmuş ərazidə ov qaydalarını pozmasına dəlalət edir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 114, 128, 130, 134-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şikayət rədd edilsin. X4 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş MN №1785732 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №3(028)-170/2024
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-170/2024
23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver