Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-18/2023 30.03.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X7 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Protokol tərtib edən X4, X1 iştirakları ilə vət. Şəxs – xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, tam orta təhsilli, işləməyən, subay, məhkum olunmayan, il ərzində inzibati məsuliyyətə məruz qalmayan, Qubadlı rayonu, Qədili kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 21-ci məhəllə, 8 nömrəli məktəbin həyətində məskunlaşmış (FİNxxxxxxx, tel:***-***- **-**2, ***-***-**-**) barəsində Sumqayıt Şəhəri üzrə İcra İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2023-ci il tarixli inzibati xəta haqqında protokol üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-609/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 2000 (iki min) manat məbləğində pul tutularaq X3 ödənilməlidir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur.Buna səbəb borclunun Qubadlı Rayon Məhkəməsinin 2(028)-609/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borcu ödəməməsi və hazırda 2000 manat borcunun qalmasıdır. Məhkəmədə protokol tərtib edən X6 bildirdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-609/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 2000 manat borcu vardır və o, işləyə bilməməsini əsas gətirərək borcu ödəmir.Tələbkarsa borcunun tam surətdə qaytarılmasını istəyir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, hazırda borcu tam ödəməyə imkanı çatmır.Vətən müharibəsi iştirakçısıdır.Döyüşlərdən qayıdandan sonra hələ də müalicə alır.Eyni zamanda Neft Akademiyasının 5-ci kurs tələbəsidir.Yeganə gəliri ona təyin olunan veteran puludur.Eyni zamanda bildirdi ki, cari ilin iyul ayında işə düzələcək və tələbkara olan borcunu ödəməyə başlayacaq. Məhkəmədə tələbkar bildirdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-609/2021 saylı qətnaməsinə əsasən Şəxs ona 2000 manat borcu var.Bugünədək qətnamə üzrə borcdan heç bir ödəniş edilməmişdir.Xahiş edir ki, borclu borcunu tam şəkildə qaytarsın. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və icra məmurunu dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətinə çəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-cı maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanılmış icraata xitam verilir. Məhkəmədə müəyyən olundu ki, Şəxs borcu üzrsüz səbəbdən deyil, üzrlü səbəbdən icra etmir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutlmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 105, 114.1.3, 114.2.1, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM 528.1-ci maddəsi ilə başlanmış 3(028)-18/2023 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №3(028)-18/2023
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-18/2023
30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver