Məhkəmə qərarları › İş №3(028)-181/2024

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №3(028)-181/2024

20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(028)-181/2024 20.12.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X1, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında baxaraq məhkəmə, müəyyən etdi: Qubadlı Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair İXP5895602 saylı xx.xx.2023-cü il tarixli protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (xətalar) törətmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, İXP5895602 saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, İXP5895602 saylı inzibati xəta haqqında protokolda EQ13843139 saylı elektron qərarın tarixi düzgün göstərilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Elektron Ödəniş Portalından əldə olunmuş çıxarışdan müəyyən olunur ki, inzibati xəta haqqında EQ13843139 nömrəli elektron qərar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat materialları natamam olduğuna görə Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında materiallar onu tərtib etmiş orqana (vəzifəli şəxsə) geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş İXP5895602 saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsinə geri qaytarılsın. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar