Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-19/2021 20.04.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə Protokol tərtib edən X1 Tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə vət. Şəxs – xx.xx.1987-ci ildə Qubadlı rayonu Abdalanlı kəndində anadan olmuş, Azərbayçan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmayan, il ərzində inzibati məsuliyyətə məruz qalmayan, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan və Sumqayıt şəhəri, Beton zavod ərazisi, fərdi yaşayış evində məskunlaşmış barəsində Sumqayıt Şəhəri üzrə İcra İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş 20.04.2021-ci il tarixli inzibati xəta haqqında protokolu üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Qubadlı rayon Məhkəməsinin 2(028)-418/2018 saylı 21.08.2018-ci il tarixli icra sənədinə əsasən, 01.03.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 16.07.2018-ci ildən başlayaraq, Şəxs hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul miqdarında aliment tutularaq cavabdeh Zərərçəkmiş şəxs verilməlidir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Qubadlı rayon Məhkəməsinin 2(028)- 418/2018 saylı 21.08.2018-ci il tarixli icra sənədinə əsasən 3677 manat borc 20.04.2021ci il tarixə ödənilməyib.Uzun müddət keçməsinə baxmayaraq, hal-hazıradək borc ödənilməmiş olaraq qalır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə içraat aparılan Şəxs bildirdi ki, Qubadlı rayon Məhkəməsinin 2(028)-418/2018 saylı, 21 avqust 2018-ci il tarxili icra sənədinə əsasən o, tələbkar Zərərçəkmiş şəxs hər ay 154 manat aliment ödənişi etməlidir. Pandemiyayla əlaqədar olaraq heç bir yerdə işləmir, ona görə də ödəniş edə bilmir. Protokol tərtib edən X2 göstərdi ki, Qubadlı rayon Məhkəməsinin 2(028)-418/2018 saylı 21.08.2018-ci il tarixli icra sənədi üzrə 31.08.2018-ci ildə icraata başlanılmışdır. Borclu bu barədə xəbərdar edilmişdir. Hal-hazırda borc 3677 manat təşkil edir. Məhkəmədə tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, 21 avqust 2018-ci il tarixdə qətnamə çıxmışdır. Qətnaməyə əsasən iyul ayından aliment tutulub ona verilməlidir. Lakin indiyə kimi borclu ona heç bir ödəniş etməmişdir. O, bütün borcların ödənilməsini tələb edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin və tələbkarın izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. «İcra Məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin içrasına mane olan şəxslər qanunveriçilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəçəsini, əmlak vəziyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə məsuliyyəti yüngünləşdirilən hallar müəyyən etmədi. Məhkəmə inzibati xəta törətmiş şəxsin səlahiyyətli şəxslərin hüquqa zidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkəti davam etdirməsini məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirir. İnzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Odur ki, inzibati xəta törətmiş şəxs Şəxs 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməlidir. İnzibati həbsin əvvəli 20.04.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbayçan Respublikası İnzibati Xətalar Məçəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 20.04.2021-ci il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №3(028)-19/2021
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-19/2021
20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver