Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-198/2025 09.07.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1, Mustafayeva Aynur Akif qızının katibliyi, Qərardan şikayət verən şəxs X3 iştirakı ilə , Bakı şəhər X10 İdarəsinin TP ******* saylı xx.xx.2025-ci il tarixli qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhər X10 İdarəsinin TP ******* saylı xx.xx.2025-ci il tarixli qərarı ilə X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Qədir Qədirli şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Qədir Qədirlnin şikayəti onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə DİNə məxsus e-polis tətbiqindən haqqında inzibati protokolu, yəni TP ******* saylı xx.xx.2025ci il tarixli qərarın qəbul edilməsi haqqında bildiriş əldə etmiş, həmin qərara əsasən 100 manat cərimə olunmuşdur. xx.xx.2025-ci il tarixdə özü DYP idarəsinə yaxınlaşıb qərarın surətini əldə etmiş, haqqında tərtib edilən inzibati protokolla tanış olmuşdur. Ona məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə Səbail rayon, Neftçilər prospektində özünə məxsus **- GB-*** dövlət qeydiyyat nişanlı Tufan markalı motosikl ilə qayda pozması əsası ilə götürülərək İXP7197278 saylı xx.xx.2025-ci il tarixli protokol yazılmış və həmin protokol üzrə xx.xx.2025-ci il tarixli TP7329594 nömrəli qərar qəbul edilmişdir. Qeyd edir ki, qanunvericilik normalarına əsasən DYP əməkdaşı vizual olaraq qayda pozuntusu müəyyən etdikdə inzibati xəta haqqında protokol, elektron qaydada isə EQ ilə protokol və qərar qəbul edilərək rəsmiləşdirilir. Göründüyü kimi barəsində İXP protokolu rəsmiləşdirilsə də, xx.xx.2025-ci il tarixdə onu hər hansı DYP əməkdaşı saxlamamış və qayda pozuntusu haqqında yerində protokol tərtib etməmişdir. xx.xx.2025-ci il tarixdə özünü DYP baş idarəsinin əməkdaşı kimi təqdim edən şəxs ona zəng edərək müşahidə kamerası vasitəsi ilə qayda pozduğunu əsas gətirərək DYP Baş İdarəsinə yaxınlaşmasını, əks halda barəsində elektron qaydada protokol tərtib ediləcəyi bildirilmişdir. Odur ki, TP ******* saylı xx.xx.2025-ci il tarixli qərarın ləğv olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs şikayətini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Bakı şəhər X10 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, X6 TP ******* saylı xx.xx.2025-ci il tarixli qərarla İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. İnzibati xəta haqqında İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə saat 15:41-də pozmuş olduğu qayda pozuntusuna görə İXM-nin 327.1-1-ci maddəsi təqsirli bilinməklə barəsində iki gün sonra, yəni xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Qədir Qədirli xx.xx.2025-ci il tarixdə saat 15:41-də yol nişanlarının tələblərini pozduğu üçün inzibati məsuliyyətə cəlb edilmiş 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən və araşdırma aparılarkən araşdırma aparılmasının və inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə əməl edilməmiş, İXM-nin tələbləri pozulmuşdur. Belə ki, İXM-nin 81.2-ci maddəsinə görə Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının X5nə inteqrasiya olunmalıdır. - 122.1-ci maddəsinə görə Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının X5nin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin X5nə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin X5nin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. - 122.2-ci maddəsinə görə İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının X5nin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. - 122.5-ci maddəsinə görə Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının X5nə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Göründüyü kimi hazırkı iş üzrə Qədir Qədirli tərəfindən törədilməsi qeyd edilən inzibati xəta xx.xx.2025-ci il tarixdə baş vermiş, bu fakt BDYPİ X5 tərəfindən aşkar edilmiş, lakin inzibati tənbeh vermə haqqında elektron qərar Qədirlinin elektron kabinetinə inzibati xətanın törədildiyi gündən bir gün müddətində deyil, hadisənin baş verməsindən 02 gün sonra yəni xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. İXM-nin 38.6-ci maddəsinə görə Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Belə olduğu halda məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən İXM-nin yuxarıda qeyd olunan müddəalarına əməl edilməməsi səbəbindən İXM-nin 38.6-cı maddəsinin tələblərinə əsasən mübahisələndirilən qərar ləğv edilməlidir. Yuxarıda göstərilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, Qədir Qədirli barəsində Bakı şəhər X10 İdarəsinin TP ******* saylı xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli və İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.11, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 şikayəti təmin edilsin. X3 İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə cərimə edilməsinə dair Bakı şəhər X10 İdarəsinin TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(028)-198/2025
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-198/2025
09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver