Məhkəmə qərarları › İş №3(028)-20/2021

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-20/2021

23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-20/2021 23.04.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, X1 X2 vəkili Vəkil iştirakı ilə Vət. X6 - xx.xx.1958-ci ildə Qubadlı rayonu Qilican kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, təqaüdçü, Qubadlı rayonu Qubadlı şəhərində qeydiyyatda olan, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 30, mənzil 15-də yaşayan barəsində Sumqayıt Şəhəri üzrə İcra İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş 23.04.2021-ci il tarixli inzibati xəta haqqında protokolu üzrə işə baxaraq MÜƏYYƏN E T D İ: Qubadlı rayon Məhkəməsinin 2(028)-397/2019 saylı, 12 noyabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən X3 rəsmi nikahdan olan 18 noyabr 2015-ci il təvəllüdlü X11 məcburi qaydada alınaraq X7 verilməlidir. Məhkəmədə tələbkar X8 bildirdi ki, o uşağının nənədən alınıb ona verilməsini istəyir. Lakin nənə uşağı ona qaytarmır. Ona görə də borclu barəsində ciddi tədbir görülməsini istəyir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 bildirdi ki, uşağı anası doqquz ayından atıb gedib. Nəvəsin özü saxlayıb, hal-hazırda uşağın beş yaşı var. Uşaq özü anasına getmək istəmir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 vəkili eyni məzmunlu ifadə verdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və onun vəkilini, tələbkarı dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, X9 Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci bəndinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin içrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə inzibati xətaya tənbeh edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs X6 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş X9 barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İXM-nin 106, 109, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar