Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(028)-20/2023 04.04.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Ruvinov X3 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X1 xx.xx.2023-cü il tarixli MN№1312521 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi haqqında olan şikayət ərizəsini nəzərdən keçirərək müəyyən etdi: X5 barəsində Azərbaycan Respublikasının İXM-nin 447.03-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1500 manat məbləğində cərimə olmasına dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X1 xx.xx.2023-cü il tarixli MN№1312521 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, barəsində Azərbaycan Respublikasının İXM-nin 447.03-cü maddəsi aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, daxil olmuş sənəd natamamdır. Belə ki, xx.xx.2023-cü il tarixli MN№1312521 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında olan şikayət ərizəsi imzalanmamışdır. Eyni zamanda ərizənin tərtib edildiyi tarixlə xx.xx.2023-cü il tarixli MN№1312521 nömrəli inzibati tənbeh vermə haqqında qərarın tarixində uyğunsuzluq vardır.Belə olan halda məhkəmə hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq qərara aldı: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X1 xx.xx.2023-cü il tarixli MN№1312521 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər X4 geri qaytarılsın. Hakim Vladimir Ruvinov
Məhkəmə qərarları › İş №3(028)-20/2023
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №3(028)-20/2023
04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver