Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(028)-21/2021 05.05.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X7 Ruvinov Sumqayıt Şəhəri üzrə İcra İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş 05.05.2021-ci il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Qubadlı rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş 05.05.2021-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Qubadlı rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli, 2(028)-33/2021 saylı icra sənədinə əsasən Şəxs hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment 16.11.2020-ci il tarixdən başlayaraq tutulub 15.12.2004-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment 16.11.2020-ci il tarixdən başlayaraq tutulub 23.09.2006-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment 16.11.2020-ci il tarixdən başlayaraq tutulub 30.01.2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X5 verilməsi qət edilmişdir. Cavabdeh Nəbiyev X4 rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli, 2(028)- 33/2021 saylı qətnaməsindən apelyasiya şikayəti vermiş və hal-hazırda mülki iş Sumqayıt Apelyasiya Məhkəməsinin icraatındadır. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respulikasının “İcra haqqında” qanunun 17.1.7-ci maddəsinə əsasən, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apelyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Belə olan halda Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 borclu Şəxs barəsində Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib etməməli idi. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respulikasının “İcra haqqında” qanunun 17.1.7-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Sumqayıt Şəhəri üzrə İcra İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş 05.05.2021-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 geri qaytarılsın. Hakim Vladimir Ruvinov
Məhkəmə qərarları › İş №3(028)-21/2021
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №3(028)-21/2021
05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver