Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-21/2023 18.04.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Ruvinov Vladimir Yefimoviçin sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 nümayəndəsi X9, Barəsində inzibati qərar çıxarılan şəxs X3 iştirakları ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 MN №1312521 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati qərar çıxarılan şəxs X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının İXM-nin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1500 manat məbləğində cərimə olmasına dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X1 xx.xx.2023-cü il tarixli MN№1312521 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, barəsində Azərbaycan Respublikasının İXM-nin 447.0.3-cü maddəsi aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə barəsində inzibati qərar çıxarılan şəxs X8 şikayətini müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 MN№1312521 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə 1500 manat cərimə olunub.Qərardan narazıdır.Onu əsassız və qanunsuz hesab edir. Belə ki, guya xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında vəzifəli şəxs qismində ona məxsus ət satışı dükanında işçinin tibbi arayışının olmaması, dezinfeksiya işlərinin həyata keçirilməməsi və satışı həyata keçirilən ət məhsullarının arayış və möhürünün olmamasına görə Azərbaycan Respublikası İXM-nin 220.2 və 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN №1261294 nömrəli protokol tərtib olunmuşdur. Həmin protokol əsasında Azərbaycan Respublikasının Qida X2-X13 tərəfindən MN №1312521 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.Bildirdi ki, Azərbaycan Respublikası İXM-nin 220.2-ci maddəsinə əsasən yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə və həmin Məcəllənin 447.0.3-cü maddəsinə əsasən isə standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Qida Təhlükəsizliyi X7 Sınaq Laboratoriyasının nəticələrinə görə onun ət satışını həyata keçirdiyi dükandakı ət standartlara, satışa uyğundur.Bu nəticə barəsində inzibati xəta haqqında qərar qəbul etmiş qurumun laboratoriyası tərəfindən verilmişdir.Hesab edir ki, əməlində Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsinin tərkib əlamətləri yoxdur.O, yalnız Azərbaycan Respublikası İXM-nin 220.2-ci maddəsi ilə cərimə olunmalı idi.Bundan əlavə işlətdiyi dükanda təmizlik yüksək səviyyədədir, hər hansı anti-sanitariya halından söhbət gedə bilməz. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 nümayəndəsi şikayəti qəbul etmədi və göstərdi ki, X8 işlətdiyi dükanda təmizlik olmamasına görə deyil, X4 məxsus ət satışı dükanında işçinin tibbi arayışının olmaması və satışı həyata keçirilən ət məhsullarının arayış və möhürünün olmamasına görə inzibati məsuliyyətinə cəlb olunmuşdur. Bunu nəzərə alaraq şikayəti təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası Qida X2-X13 tərəfindən qəbul edilmiş MN№1312521 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 MN №1312521 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixli ünvan 2 ünvanında vəzifəli şəxs X4 məxsus ət satışı dükanında işçinin tibbi arayışının olmaması, dezinfeksiya işlərinin həyata keçirilməməsi və satışı həyata keçirilən ət məhsullarının arayış və möhürünün olmamasına görə vəzifəli şəxs X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 220.2 və 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsi rəhbər tutularaq vəzifəli şəxs X4 Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə normativ sənədlərin tələblərinə cavab verməyən malların satılmasına görə 1500 manat məbləğində cərimə tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin YA-0064 saylı xx.xx.2023-cü il tarixli Yoxlama aktından görünür ki, yoxlanılan sahibkar vəzifəli şəxs X5r.Yoxlamanın başlama tarixi xx.xx.2023-cü il, başa çatma tarixi xx.xx.2023-cü ildir.Yoxlama zamanı aşkar olunmuş qanun pozuntuları -Ət satışı dükanında dezinfeksiya işlərinin həyata keçirilməsi ilə bağlı müqavilə və aktlar təqdim edilmədi. -Ət satışı dükanında personalın işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində tibbi müayinədən keçməsini və tibbi arayışları təqdim edilmədi. -Ət satışı dükanı iribuynuzlu və xırdabuynuzlu heyvanlar baytarlıq baxışından keçirilmədən, arayış və möhürlə təmin edilmədən satışı həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsinə əsasən yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 447.0.3-cü maddəsinə əsasən standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.(Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər.) “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən qida və yem məhsullarının təhlükəsizliyinə və qida məhsullarının minimum keyfiyyətinə, o cümlədən qida və yem məhsullarında qalıqların maksimum miqdarına, məhsulların tərkibində istifadəsinə yol verilən maddələr və onların müəyyən edilmiş hədlərinə, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara, qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla (sanitariya-gigiyena, baytarlıq, fitosanitar norma və qaydalar ilə) müəyyən edilir. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada ilkin və dövri tibbi müayinələrdən keçirilməli, habelə gigiyenik təlimlərə cəlb olunmalıdırlar. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə ilkin və dövri tibbi müayinələrdən keçməmiş, habelə müxtəlif yoluxucu xəstəliklərin daşıyıcıları olan və ya infeksion xəstəliklərə yoluxmuş əməkdaşların buraxılması qadağandır. Həmin Qanunun 22.3-cü maddəsinə əsasən qida subyektlərinin qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası prosesləri ilə məşğul olan əməkdaşları fəaliyyətləri zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə və şəxsi gigiyena qaydalarına əməl etməlidirlər. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən qida və yem məhsullarının təhlükəsizliyinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən məhsulun daşıdığı riskin səviyyəsi nəzərə alınmaqla, qida zəncirinin bütün mərhələlərində həyata keçirilir. Barəsində inzibati qərar çıxarılan şəxs X8 Azərbaycan Qida Təhlükəsizliyi X10 Sınaq Laboratoriyasının AZ-19020030/LAB06-23001-T-001 saylı xx.xx.2023-cü il tarixli Sınaq protokoluna əsaslanaraq ona məxsus satış üçün nəzərdə tutulmuş mal ətinin nümunəsində salmonellanın aşkar edilməməsini əsas gətirərək daha yüngül inzibati tənbeh tədbiri ilə (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsi ilə) cəzalandırılmasını sübut etməyə çalışsa da, məhkəmə izah edir ki, vəzifəli şəxs X4 məxsus ət satışı dükanında məhsulun daşıdığı riskin səviyyəsi nəzərə alınmaqla, qida zəncirinin bütün mərhələlərində məhsulun təhlükəsizliyinin təmin edilməsi üçün ət satışı dükanı iribuynuzlu və xırdabuynuzlu heyvanları baytarlıq baxışından keçirməklə, arayış və möhürlə təmin edilməklə, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə əsasən standartların və digər normativ sənədlərin tələblərinə cavab verən ət satışını həyata keçirməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. X8 barəsində Azərbaycan Respublikası Qida X2-X13 tərəfindən qəbul edilmiş MN№1312521 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №3(028)-21/2023
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-21/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver