Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-22/2023 07.04.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ İVladimir Yefimoviç Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.1989-cu ildə Qubadlı rayonu Zilanlı kəndində anadan olmuş, ailəli, orta təhsilli, işləməyən, Qubadlı rayonu Zilanlı kəndində qeydiyyatda olan və Bakı şəhərində məskunlaşan (tel: 055 520 20 42 FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-732/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs və X1 müştərək qaydada 26 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 11884 ABŞ dolları 80 sent əsas borc, 2933 ABŞ dolları 11 sent faiz borcu, 33 ABŞ dolları 17 sent cərimə, cəmi 14851 ABŞ dolları 08 sent borc, ödəniləcək günə manatla məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru bildirdi ki, icra sənədi xx.xx.2016-cı ildə icra idarəsinə daxil olmuşdur.Borclunun yeri məlum olmadığından axtarışla gətirilmiş və borclu idarəyə təhvil verilmişdir.Borcundan xəbərdar olmayıb. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Rusiya dövlətində olduğuna görə borcundan xəbəri olmamışdır. O, 06 aprel 2023cü il tarixdə Rusiyadan Azərbaycana qayıdanda bu borcdan xəbərdar olmuşdur.Bankdan götürdüyü pulu birdəfəlik ödəyə bilmir. Maddi vəziyyəti çox çətindir. Lakin borcu hissə-hissə ödəməyə - hər ay 200 manatdan az olmayaraq ödəniş etməyə hazırdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətinə çəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-cı maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanılmış icraata xitam verilir. Məhkəmədə müəyyən olundu ki, Şəxs borcu üzrsüz səbəbdən deyil, üzrlü səbəbdən icra etmir.O, icraçı tərəfindən icra sənədi ilə yeni tanış edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutlmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 105, 114.1.3, 114.2.1, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM 528.1-ci maddəsi ilə başlanmış 3(028)-22/2023 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №3(028)-22/2023
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-22/2023
07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver