Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-24/2022 08.04.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Barəsində inzibati qərar çıxarılan şəxs X1 iştirakı ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin 23.03.2022-ci il tarixli EPQ №1286657 saylı qərarından barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılan şəxs X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin EPQ №1286657 saylı 23.03.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (yüz) manat cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Qeyd edilən protokoldan narazı qalan X4 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin 23.03.2022-ci il tarixli EPQ№1286657 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə barəsində inzibati qərar çıxarılan şəxs X4 şikayətini müdafiə edərək göstərdi ki, o, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin 23.03.2022-ci il tarixli EPQ №1286657 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. Qeyd edir ki, o ona istinad olunan inzibati xətanı törətməmişdir. İXN-nin 211.2-ci maddəsinin tələbini pozmamışdır. Lakin buna baxmayaraq o cərimə olunmuşdur.Polis əməkdaşı qərəzli olaraq ona cərimə tətbiq etmişdir. Onun əməlində inzibati xəta tərkibi yoxdur. Barəsində tərtib olunmuş qərar qanunun tələbinə ziddir və əsassızdır. Ona görə də həmin qərar ləğv olunmalıdır. İXM-nin 211.2-ci maddəsinə görə Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlər qəsd edən, hüquqazidd olan təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan respublikası İXM-nin 53-cü maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1 inzibati xəta hadisəsi olmadıqda; 53.0.2 inzibati xəta tərkibi olmadıqda; inzibati xətalar haqqında işlər üzrə başlanılmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 117.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur. İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.5-ci maddəsinə görə İnzibati xətalar haqqında işlər üzrə qərardad verilən şikayətdən dövlət rüsumu tutulmur. Yuxarıda qeyd olunan normalara əsasən hesab edir ki, barəsində tərtib edilmiş qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən məhkəmədən barəsində tərtib edilmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin 23.03.2022-ci il tarixli EPQ №1286657 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına onun səlahiyyətli nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Məhkəmə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati qərar çıxarılan şəxsi dinləyib, şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilərək Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin 23.03.2022-ci il tarixli EPQ №1286657 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki,iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin EXP №1297625 saylı 23.03.2022-ci il tarixli inzibati xəta haqqında protokolunun surətindən görünür ki, 23.03.2022-ci il tarixdə səhər 11:48 radələrində Bakı şəhəri, Moskva prospekti 69a ünvanında X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin EPQ №1286657 saylı 23.03.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdi və ona 100 manat məbləğində inzibati cərimə tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəməyə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi tərəfindən X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan halları pozması faktını təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutlar təqdim edilməmişdir. Həmçinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin EXP №1297625 saylı 23.03.2022-ci il tarixli inzibati xəta haqqında protokolda barəsində inzibati qərar çıxarılmış X1 hansı halda ( açıq havada yoxsa qapalı məkanda) karantin qaydalarına riayət etməməsi öz əksini tapmamışdır. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər” barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 31 may 2021-ci il tarixli Qərarının 2.1.1-ci bəndinə əsasən açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən,inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130, 131-135-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. X4 barəsində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin 23.03.2022-ci il tarixli EPQ №1286657 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Hakim Vladimir Ruvinov
Məhkəmə qərarları › İş №3(028)-24/2022
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-24/2022
08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver