Məhkəmə qərarları › İş №3(028)-24/2023

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-24/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-24/2023 10.04.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs - iştirakları ilə xx.xx.1984-cü ildə Qubadlı rayonu Xocahan kəndində anadan olmuş, ailəli, 4 uşaq atası, orta təhsilli, işləməyən, Qubadlı rayonu Xocahan kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Beton zavod ərazisi, fərdi yaşayış evində məskunlaşan (FİN:xxxxxxx, tel: 055 483 30 31) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-641/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 4000 manat məbləğində əsas borc, hüquqi yardım üçün ödənilmiş 100 manat və 60 manat məbləğində dövlət rüsumu tutularaq X5 ödənilməlidir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru bildirdi ki, Şəxs 2(028)-641/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etmir.İş yerinin olmadığını bəhanə gətirərək borcu ödəmir.Tələbkar tərəf borcunun qaytarılmasını tələb edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, hazırda işləmir.Borcunu danmır.Ailəsini belə dolandırmağa çətinlik çəkir.4 azyaşlı uşağı var.Buna baxmayaraq 2 dəfə tələbkarın kartına hər dəfə 100 manat pul köçürdüb.Bugün də Kamil Neymətova 100 manat verib.Hər ay borcundan 100 manat ödəməyə hazırdır. Məhkəmədə tələbkar bildirdi ki, 2(028)-641/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməyə əsasən borclunun ona 4000 manata yaxın borcu var.Borcunun qaytarılmasını istəyir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və icra məmurunu dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətinə çəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-cı maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanılmış icraata xitam verilir. Məhkəmədə müəyyən olundu ki, Şəxs 4 azyaşlı uşağı var və o, qətnamənin icrasından az vaxt keçməsinə baxmayaraq borcundan artıq 300 manat ödəmişdir və onu qaytarmağa çalışır. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutlmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 105, 114.1.3, 114.2.1, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM 528.1-ci maddəsi ilə başlanmış 3(028)-23/2023 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar