Məhkəmə qərarları › İş №3(028)-24/2025

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №3(028)-24/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(028)-24/2025 31.01.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qubadlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında baxaraq məhkəmə, müəyyən etdi: Qubadlı Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair İXP5888666 saylı xx.xx.2023-cü il tarixli protokol, İXP5895595 aylı xx.xx.2023-cü il tarixli protokol, İXP5895602 saylı xx.xx.2023-cü il tarixli protokol, İXP ******* saylı xx.xx.2024-cü il tarixli protokol, İXP ******* saylı xx.xx.2024-cü il tarixli protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsini əks etdirən beş protokol bir icraatda birləşdirilmişdir. Eyni zamanda həmin protokollar Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixində qəbul edilmiş 3(028)-179/2024, 3(028)-180/2024, 3(028)- 181/2024, 3(028)-182/2024 və 3(028)-183/2025 saylı qərardadları ilə Quba Rayon Polis Şöbəsinə protokollardakı nöqsanlara görə geri qaytarılmışdırlar. İnzibati protokollardakı həmin natamamlıqlar aradan qaldırılmadan yenidən məhkəməyə müraciət olunmuşdur, bu səbəbdən də protokollar və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qubadlı Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, İXP5888666 saylı xx.xx.2023-cü il tarixli, İXP5895595 aylı xx.xx.2023-cü il tarixli, İXP5895602 saylı xx.xx.2023-cü il tarixli, İXP ******* saylı xx.xx.2024-cü il tarixli, İXP ******* saylı xx.xx.2024-cü il tarixli protokollarda EQ13335504 saylı, EQ13802554 saylı, EQ13843139 saylı, EQ14420163 saylı və EQ14684935 saylı elektron qərarların tarixləri düzgün göstərilməmişdir. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X2 əldə olunmuş çıxarışlardan müəyyən olunur ki, inzibati xəta haqqında EQ13335504 saylı, EQ13802554 saylı, EQ13843139 saylı, EQ14420163 saylı və EQ14684935 saylı nömrəli elektron qərarlar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat materialları düzgün tərtib olunmadığına görə Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında materiallar onu tərtib etmiş orqana (vəzifəli şəxsə) geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş İXP5888666 saylı xx.xx.2023-cü il tarixli, İXP5895595 saylı xx.xx.2023-cü il tarixli, İXP5895602 saylı xx.xx.2023-cü il tarixli, İXP ******* saylı xx.xx.2024-cü il tarixli və İXP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokollar və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qubadlı Rayon Polis Şöbəsinə geri qaytarılsın. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar