Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-240/2025 11.08.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Qubadlı rayonu, Qəzyan kəndində qeydiyyatda olan Şəxs barəsində Qubadlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında İXP7276867 nömrəli, xx.xx.2025-ci il tarixli protokol tərtib edilmişdir. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Qubadlı rayon Polis Şöbəsinin əməkdaşı gəlmədiyindən məhkəmə İXM-nin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar yaranmışdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP7276867 saylı inzibati xəta haqqında protokola əsasən Şəxs barəsində qəbul edilmiş EQ26804992 nömrəli qərar üzrə barəsində olan inzibati cəriməni həmin qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmiş və bununla da o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixli, İXP7276867 saylı inzibati xəta haqqında protokol üzrə Qubadlı Rayon Məhkəməsinin 3(028)-231/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata cərimə ödənildiyindən həmin maddənin qeyd hissəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi eyni tarixli və saylı inzibati xəta haqqında protokol müxtəlif vaxtlarda iki dəfə məhkəməyə göndərilmiş, məhkəmə tərəfindən sözügedən inzibati xəta barəsində artıq İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixli, İXP7276867 saylı inzibati xəta haqqında protokola görə inzibati xəta haqqında işə xitam verilməsinə dair qərar olduğuna görə hazırki iş üzrə icraata İXM-nin 53.1.7-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 529.3-cü maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 53.1.7-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №3(028)-240/2025
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-240/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver