Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-25/2023 11.04.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 sədrliyi, Mustafayeva Aynurə Akif qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs - iştirakları ilə xx.xx.1990-cı ildə Qubadlı rayonu Muradxanlı kəndində anadan olmuş, ailəli, 2 uşaq atası, orta təhsilli, işləməyən, Qubadlı rayonu Muradxanlı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 16-da məskunlaşan (FİN:xxxxxxx, tel: 070 990 64 39) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-134/2019 saylı, 03 aprel 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına catana qədər saxlanması ücün Qubadlı rayon Məhkəməsinin 27 may 2013-cü il tarixli, 2(028)-41/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay 154 manat sabit pul məbləğində aliment müəyyən edilsin və həmin pul məbləği Şəxs Cingiz oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub X3 ödənilməlidir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru bildirdi ki, Şəxs 2(028)-134/2019 saylı, 03 aprel 2019-cu il tarixli icra sənədini üzrsüz səbəbdən icra etmir.Borclunun hazırda 519 manat aliment borcunun olması və borcdan heç bir ödəniş edə bilməməsinə görə məhkəməyə müraciət olunur.Əvvəllər müəyyən dövrlədə müntəzəm ödənişlər edirdi.Ödənişlərdə nənəsi ona kömək edirdi.Ötən ildə nənə rəhmətə getdiyinə görə ödənişlərdə axsamalar baş verib.Tələbkarsa yaranan borcun qaytarılmasını tələb edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, hazırda işləmir.Stabil işi yoxdur.Borcunu danmır.2-ci dəfə ailə qurub və həmin nikahdan da 2 övladı var.Buna baxmayaraq borcunu ödəməyə çalışır. Alacağı var, vermirlər deyə borcundan ödəniş edə bilmir.Aprel ayının 20-22-sinə 200 manat ödəyəcəyini söz verir. Məhkəmədə tələbkar bildirdi ki, Şəxs ona 519 manat aliment borcu var.Əvvəllər aliment borcundan borclunun nənəsi ödənişlər edirdi.Hazırda nənə rəhmətə gedib, borc yaranıb. Bu ildə cəmi 1 dəfə 97 manat aliment ödəyib.Borcunun qaytarılmasını istəyir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və icra məmurunu dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Cingiz oğlu barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətinə çəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-cı maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanılmış icraata xitam verilir. Məhkəmədə müəyyən olundu ki, Şəxs Cingiz oğlunun 2-ci nikahdan 2 azyaşlı uşağı var və o, aliment borcunu qaytarmağa çalışır. Məhkəmə hesab edir ki, Şəxs Cingiz oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 105, 114.1.3, 114.2.1, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM 528.1-ci maddəsi ilə başlanmış 3(028)-25/2023 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №3(028)-25/2023
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-25/2023
11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver