Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-252/2025 25.08.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X18 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, Protokol tərtib edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şərqi Zəngəzur Regional Şöbəsinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şərqi Zəngəzur Regional Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMnin) 198.2-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə materiala baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şərqi Zəngəzur Regional Şöbəsi tərəfindən vəzifəli şəxs Şəxs barəsində İXM-nin 198.2-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı protokol tərtib olunmuşdur. Protokolda göstərilənlərə əsasən, xx.xx.2025-ci il tarixdə Şəxs müəssisə tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilsə də, bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulmuş, bu səbəbdən Şəxs barəsində İXM-nin 198.2-ci maddəsinə əsasən tərtib olunmuş protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Qubadlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında X12 Xidmətinin hüquq idarəsinin baş məsləhətçisi Nümayəndə protokola uyğun izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Nümayəndə izahatında bildirdi ki, Qubadlı Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-13-92/2-2-431/2025 nömrəli müraciəti əsasında X12 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/3-2-388/2025 nömrəli əmri ilə "xxxx" MMC-nin qəlibçisi X3 xx.xx.2025-ci il tarixdə Qubadlı rayonunun Mahruzlu kəndində xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin təhqiqatı Xidmətin Şərqi Zəngəzur regional şöbəsində aparılmışdır. Hadisənin araşdırılması nəticəsində tərtib edilmiş təhqiqat aktına əsasən bədbəxt hadisənin baş verməsində Cəmiyyətin iş icraçısı Şəxs nəzarətsizliyi müəyyən olunmuş, bu səbəbdən onun barəsində İXM-nin 198.2-ci maddəsinə uyğun olaraq xx.xx.2025-ci il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında Protokol tərtib edilmişdir. Hadisə ilə bağlı prokurorluğa müraciət etmişlər. Ekspert rəyindən də göründüyü kimi işin görülmə ardıcıllığı düzgün qurulmamışdır və işə nəzarət etmək vəzifəsi Cəmiyyətin iş icraçısı Şəxs vəzifəsi olmuşdur. Qeyd edir ki, əslində Yelmar Abdullayev dəmir dirəkləri qəlibin altından təkbaşına çıxartmamalı olmuşdur. Nazirlər Kabinetinin qərarına əsasən sürüşkən qəlibin sökülməsi və saxlayıcı dirəklərin sökülməsi istehsalçı tərəfindən müəyyən edilmiş ardıcıllıqla, istehsalçı və ya digər ustaların müşahidəsi altında olmalıdır. X15 Abdullayevin izahatından göründüyü kimi o, bədbəxt hadisə zamanı təkbaşına olmuşdur. Tikinti və ağır sənaye üçün ustaya içi silikonlu yəni başqa materialdan əlcək verilməlidir. Həmin əlcəklər zərbəyə davamlı olurlar. Abdullayev həmin tip əlcəklə təmin olunsa idi, dirəyi sökərkən dəmirin zərbəsindən barmağı zədələnməzdi. Protokolu müdafiə edir, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs yazılı izahatını məhkəməyə təqdim edərək izahatında bildirdi ki, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu qəbul etmir və özünü təqsirli bilmir. Xəsarət alan Yelmar Abdullayev əvvəlcə qəlibi qurmaq üçün betonu tökür, qəlib qurulur, qəlibi saxlamaq üçün dirəklər qoyulur. Sonra həmin dirəklər sökülür ki, qəlib də sökülə bilsin. Qeyd edir ki, dəmir dirəklər sökülmədən qəlibin sökülməsi qeyri mümkündür. Dəmir dirəklər qəlibi saxlamaq üçün qoyulur. İşin görülmə ardıcıllığının pozulmasından söz gedə bilməz. O, "xxxx" MMCnin sahə rəisi olaraq, Yelmar Abdullayevi səhər işə gələndə iş geyimi ilə, o cümlədən əlcəklə təmin etmişdir. Yelmar Abdullayev işlə bağlı təlimatlandırılmış, təhlükəsizlik jurnalına qol çəkmişdir. O, hər bir ustaya hər saniyə nəzarət edə bilməz. Abdullayev özü də izahatında göstərmişdir ki, bədbəxt hadisə onun səhlənkarlığına görə olmuşdur. O dəmir dirəkləri qəlibin altından sökərkən barmağı dirək və divar arasında qalmış və zədələnmişdir. Ona iş üçün verilən əlcək adi tip əlcək olmuşdur. Tikintidə hamı bir cür əlcəkdən istifadə edir. Əgər gün ərzində əlcək sıradan çıxırsa, yeni əlcəklə işçini təmin edirlər. “Saqibət-İnşaat" MMC-nin rəhbəri Asif Qədimovdur. Ekspertizi rəyindən də görünür ki, Yelmar Abdullayev təhlükəsizlik jurnalına qol çəkib və işlə bağlı təlimatlandırılıb. Onun dırnağı zədələndikdə onu xəstəxanaya çatdırmışlar və dırnağın sağalması üçün lazımi yardımları göstərmişlər. İndi Abdullayevin dırnağı tamamilə sağalmışdır. Təbii ki, onun iş əlcəyi bədbəxt hadisə zamanı qana batmışdır. Prokurorluq orqanı araşdırma aparan zaman həmin əlcək də müstəntiq tərəfindən götürülmüş olardı. Qeyd edir ki, müfəttişliyin nümayəndəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 nömrəli qərarı ilə təsdiqlənən “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X7”na istinad edərək iş icraçısının əmək funksiyalarına texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daxil edilməsi faktı tamamilə əsassızdır. Nümayəndənin belə əsassız arqument irəli sürməsi, onun Əmək Məcəlləsinin “işçinin əmək funksiyası" adlı 57-ci maddəsindən məlumatlı olmadığını əks etdirir. Belə ki, Əmək Məcəlləsinin 57-ci maddəsinin 2-ci bəndinə əsasən əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X5 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Maddənin tələbindən də görüldüyü kimi Vahid Tarif- X9 tətbiqi işəgötürənlər üçün məcburi deyildir. Qanun burada işəgötürənə alternativ seçim müəyyən edir. Vahid X7 işəgötürənlər üçün müəyyən vəzifələr üzrə əmək funksiyalarının həcmini müəyyən edə bilmədiyi şəraitdə köməkçi rol oynayan sənəddir. Hazırki iş üzrə onun vəzifə funksiyaları və öhdəlikləri əmək müqaviləsi və “Saqibət-inşaat" MMC, yəni işəgötürən tərəfindən təsdiqlənən iş icraçısının vəzifə təlimatı ilə təsdiq edilir. Nəticə etibarilə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi onun vəzifələrinə daxil deyildir. Müfəttişliyin nümayəndəsi tərəfindən xəsarət almış işçi Yelmar Abdullayevin guya standartlara uyğun fərdi mühafizə vasitəsi, yəni iş əlcəyilə təmin edilməməsi səbəbindən xəsarət alması ilə bağlı iddia etdiyi hal öz təsdiqini tapmamış, hazırki İXM-nin 198.2-ci maddəsi üzrə həyata keçirilən icraatın mahiyyətindən kənarlaşmasına yönəlmişdir. Belə ki, əgər Müfəttişliyin nümayəndəsinin qeyd etdiyi kimi işçiyə standartlara uyğun əlcək verilməmiş olsaydı, bu İXM-nin 198.2 yox, 198.1.6-cı maddəsilə nəzərdə tutulmuş inzbati xəta tərkibini yaratmış olardı. İXM-nin 198.1.6-cı maddəsinə əsasən işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Müfəttişliyin nümayəndəsinin iddia etdiyi məsələ məhz çeşid məsələsidir ki, bu da hazırkı iş üzrə inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas olmuş İXM- 198.2-nin tərkib əlamətlərinə aid deyildir. Digər tərəfdən Müfəttişliyin nümayəndəsi hansı növdə əlcəyin istifadə olunması ilə bağlı suallar ünvanlayaraq işçinin xəsarət aldığı zaman istifadə etdiyi əlcəyin təhqiqat komissiyasına nə üçün təqdim edilmədiyini bildirmişdir. Bununla da nümayəndə İXM-nin 8-ci maddəsilə nəzərdə tutulmuş, habelə konstitusion hüquq olan təqsirsizlik prezumsiyası prinsipini kobud surətdə pozmuşdur. Belə ki, təhqiqatı aparan komissiyanın, bundan əlavə inzibati xəta üzrə icraat aparan orqanın vəzifəsi və borcudur ki, iddia etdiyi hər bir halı konkret faktlarla sübut etsin. Fiziki və ya hüquqi şəxslər istintaq, təhqiqat, inzibati icraat aparan orqanın yerinə ilkin sübutları toplamır. Müfəttişliyin standartlara uyğun olmadığını iddia etdiyi əlcəyi sübut kimi götürərək ekspertizaya təqdim etmək və ekspert qarşısında istifadə olunan əlcəyin müvafiq işlərin görülməsi üçün tələb olunan standartlara cavab verib-verməməsi barədə sual qoymaq vəzifəsidir. Nümayəndənin əlcəklə bağlı iddia etdiyi fakt təhqiqat aktında da öz əksini tapmadığını qeyd etmişdir. Bundan başqa izahatda qeyd edilmişdir ki, dünyada elə bir istehsalçı yoxdur ki, cari standartlara uyğun istehsal etdiyi fərdi mühafizə vasitələrinin istifadənin xəsarətlərdən qoruduğuna tam zəmanət versin. Fərdi mühafizə vasitələrindən istifadə əmək xəsarətləri riskini azaltmaq üçündür, bu xəsarətlərdən 100% qoruyacağı mənasına gəlmir. Elmi-texniki ədəbiyyatlarda fərdi mühafizə vasitələrinə zərərli və (və ya) təhlükəli amillərin insana təsirinin qarşısının alınması və ya azaldılması üçün, həmçinin çirklənmələrdən qormaq üçün insanın üzərində daşıdığı fərdi istifadə olunan vasitə kimi anlayış verilir. Anlayışdan da göründüyü kimi fərdi mühafizə vasitələri iş mühitində obyektiv olaraq mövcud olan təhlükələrdən qoruyur və ya onun təsirini azaldır. İşçinin özünün ani və kobud ehtiyatsızlığı (subyektiv müdaxilə) ucbatından aldığı xəsarətlərdən fərdi mühafizə vasitələrinin qoruma təmin etməsini gözləmək olmaz. Digər tərəfdən Müfəttişlik tərəfindən tərtib olunan inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələbləri pozulmuş, yəni onun iştirakı təmin olunmamış, izahatının protokolda əks etdirilməsinə şərait yaradılmamışdır. Müfəttişlik protokolda ümumi olaraq əmək funksiyalarına texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulduğunu qeyd etmişdir. Lakin qaydaların hansı tələbinin konkret olaraq pozulduğunu göstərməmişdir. Çünki texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydaları çox geniş və işin profilindən asılı olaraq müxtəlif tələbləri özündə ehtiva edir. Belə ki, o, 4 nəfərdən ibarət işçi qrupu yaradır və hər qrupa da müəyyən iş tapşırır. Yelmar Abdullayev də yanındakı digər ustalarla birgə təlimatlandırılmış, təhlükəsizlik jurnalına qol çəkmişdir. Yelmar Abdullayevin də içində olduğu işçi qrupu qəlibi sökmək üçün işə balamışlar. Sonra işçilər öz aralarında işlərini rahat yerinə yetirmək üçün müəyyən bölgülər aparmışlar. Burada onun təqsiri olmamışdır. O, Yelmar Abdullayevə qəlibi təkbaşına sökməyi tapşırmamışdır. Yelmar özü də izahatında göstərmişdir ki, bədbəxt hadisə onun səhlənkarlığına görə olmuşdur. O, dəmir dirəkləri qəlibin altından sökərkən barmağı dirək və divar arasında qalmış və zədələnmişdir. Göstərilənlərə əsasən məhkəmədən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, X12 Xidmətinin Şərqi Zəngəzur Regional Şöbəsinin MN №2123394 saylı xx.xx.2025-ci il tarixli protokoluna əsasən Şəxs müəssisə tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilsə də, bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulmuş və Şəxs tərəfindən İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. "xxxx" MMC-nin işçisi X3 xx.xx.2025-ci il tarixdə saat 10:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin Təhqiqat Aktında bədbəxt hadisənin səbəbləri kimi aşağıdakilər göstərilmişdir. 4.1. "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Qəlibçinin vəzifə təlimatı”nın 9-cu maddəsinə (Əmək funksiyasını özünü və ya başqa işçiləri təhlükəyə məruz moymayacağı təqdidə icra etmək, həyat üçün təhlükəli mənbələrdə iş görməmək) əməl edilməməsi. 4.2. "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Qəlibçinin vəzifə təlimatı”nın 10-cu maddəsinin (Əməyin mühafizəsi qaydalarına riayət etmək) tələblərinin gözlənilməməsi. 4.3. "xxxx" MMC ilə X8 arasında bağlanmış əmək müqaviləsinin 4.13-cü maddəsinə (İşçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur.) əməl edilməməsi. 4.4. "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “İş icraçısının vəzifə təlimatı”nın 9-cu maddəsinin (Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin həcmini, əmək məhsuldarlığı və əmək haqqın fondu ustalara, icrası nəzərdə tutulan tapşırıqları müəyyən edir və onların icrasına nəzaərt edir.) tələblərinin gözlənilməməsi. Aktın 6-cı hissəsinə əsasən Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyinə görə qeyd edilir: 6.1. Bədbəxt hadisənin baş verməsində bu təhqiqat aktının 4-cü bölməsinin 4.1-ci, 4.2-ci və 4.3-cü maddələrinə əsasən "xxxx" MMC-nin qəlibçisi X4 ehtiyatsızlığı və 4.4-cü maddəsinə əsasən Cəmiyyətin iş icraçısı Şəxs nəzarətsizliyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MT və PA Birliyi” X17 Beyləqan rayon şöbəsinin 35/25 saylı xx.xx.2025-ci il tarixli “Canlı şəxsin ekspertizası”na dair ekspert rəyinə əsasən 1976-cı il təvəllüdlü X3 məhkəmə-tibbi ekspertiza müayinəsi, adına tərtib olunmuş tibbi sənəddəki qeydiyyatlara əsaslanaraq, hadisə haqqında qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq və kespertiza qarşısında qoyulmuş suallara uyğun olaraq nəticəyə gəlmişdir:
1. X1 sağ əlinin İ barmağında əzilmiş yarası olmuş, qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şşəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olna sağlamlığın yüngül zərər vurulmasına aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəm Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli Ekspert rəyinə əsasən Qubadlı rayonu Mahruzlu kəndi ərazisində yerləşən tikinti sahəsində söküntü işlərinin həmin işin görülmə ardıcıllığı düzgün seçilməməklə əvvəlki əməliyyatın sonrakı əməliyyatların yerinə yetirilməsi zamanı təhlükə mənbəyinin yaranmasının qarşısını alan tədbirlər görülmədən aparılması hadisənin baş verməsinə səbəb olmuşdur. Qubadlı rayonu Mahruzlu kəndi ərazisində yerləşən tikinti sahəsində işin bütün mərhələlərində işçilərin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülmədiyinə, konkret halda söküntü işlərinin həmin işin görülmə ardıcıllığı düzgün seçilməklə əvvəlki əməliyyatın sonrakı əməliyyatların yerinə yetirilməsi zamanı təhlükə mənbəyinin yaranmasının qarşısını alan tədbirlər görülmədən aparılması təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “İİİ-4-80* “Tikinti təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydaları”nın 1.29.2.1-ci bəndlərinin tələbləri pozulmuşdur. Göstərilən qaydaların kimlər tərəfindən pozulması araşdırılmarla istintaq tərəfindən müəyyən edilə bilər. Məhkəmə tərəfləri dinləyib, iş materillarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində İXM-nin 198.2-ci maddəsinə əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Şəxs qeyd edilən hadisədə təqsizsiz olmasını aşağıda qeyd edilənlərlə əsaslandırır. Məhkəmə hesab edir ki, protokolu tərtib etmiş qurumun iş materialına əlavə etdiyi sənədləri Şəxs həmin maddə ilə təqsirli hesab edilməsi və onun inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli olmamaqla, əsaslı sübutlar kii qəbul edilə bilməz. Məhkəmə ilk növbədə “Təhqiqat Aktında” qeyd edilənlərə münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş təhqiqat aktının 4-cü bölməsində bədbəxt hadisənin səbəbləri qismində 4.1. "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Qəlibçinin vəzifə təlimatı”nın 9-cu maddəsinə əməl edilməməsi, 4.2. "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Qəlibçinin vəzifə təlimatı”nın 10cu maddəsinin tələblərinin gözlənilməməsi, 4.3. "xxxx" MMC ilə X8 arasında bağlanmış əmək müqaviləsinin 4.13-cü maddəsinə əməl edilməməsi və 4.4. "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “İş icraçısının vəzifə təlimatı”nın 9-cu maddəsinin (Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin həcmini, əmək məhsuldarlığı və əmək haqqın fondu ustalara, icrası nəzərdə tutulan tapşırıqları müəyyən edir və onların icrasına nəzaərt edir) tələblərinin gözlənilməməsi göstərilmişdir. Halbuki Aktın 6-cı bölməsi tədqiq edilərkən müəyyən edilir ki, bədbəxt hadisənin baş verməsində bu təhqiqat aktının 4-cü bölməsinin 4.1-ci, 4.2-ci və 4.3-cü maddələrinə əsasən "xxxx" MMC-nin məhz qəlibçisi X4 ehtiyatsızlığı üzündən baş verdiyi göstərilmişdir. Və yalnız Aktın 6.1-ci maddəsinin ikinci hissəsində 4.4-cü maddə üzrə Cəmiyyətin iş icraçısı Şəxs nəzarətsizliyinin olduğu qeyd edilmişdir. Halbuki, Şəxs etmiş olduğu pozuntunun əslində nədən ibarət olmasına səlahiyyətli nümayəndə cavab verə bilməmiş, mahiyyət etibarilə məhkəmədə bu hal şübhəli olaraq qalmışdır. Belə ki, 4.4-cü maddədə "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “İş icraçısının vəzifə təlimatı”nın 9-cu maddəsinin tələblərinin gözlənilməməsi göstərilmişdir ki, bunun izahını aktı tərtib edən iştirakçılar -Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin həcmini, əmək məhsuldarlığı və əmək haqqın fondu ustalara, icrası nəzərdə tutulan tapşırıqları müəyyən edir və onların icrasına nəzarət edir formasında vermişlər. Göründüyü kimi “Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin həcmini, əmək məhsuldarlığı və əmək haqqın fondu ustalara, icrası nəzərdə tutulan tapşırıqları müəyyən edir və onların icrasına nəzarət edir” cümləsində pozuntunun nədən ibarət olmasını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş “Təhqiqat Aktı” Şəxs təqsirli hesab edilməsi üçün sübut qismində qəbul edilə bilməz, əksinə həmin Akt Şəxs həmin hadisədə təqsirsiz olmasının göstəricisi kimi qəbul edilməlidiur. Məhkəmə inzibati orqan tərəfindən Şəxs təqsirliyinə dair sübut qismində materiala əlavə etdyi ƏN-nin MEM-i tərəfindən verilmiş 28 fevral 2025-ci il tarixli 10/1189 saylı rəyə münasibətdə aşağıdakiləri qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Belə ki, həmin ekspertiza rəyinin nəticə hissəsində Qubadlı rayonu Mahruzlu kəndi ərazisində yerləşən tikinti sahəsində söküntü işlərinin həmin işin görülmə ardıcıllığı düzgün seçilməməklə əvvəlki əməliyyatın sonrakı əməliyyatların yerinə yetirilməsi zamanı təhlükə mənbəyinin yaranmasının qarşısını alan tədbirlər görülmədən aparılması hadisənin baş verməsinə səbəb olduğu göstərilmişdir. Bundan başqa rəydə Qubadlı rayonu Mahruzlu kəndi ərazisində yerləşən tikinti sahəsində işin bütün mərhələlərində işçilərin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülmədiyinə, konkret halda söküntü işlərinin həmin işin görülmə ardıcıllığı düzgün seçilməklə əvvəlki əməliyyatın sonrakı əməliyyatların yerinə yetirilməsi zamanı təhlükə mənbəyinin yaranmasının qarşısını alan tədbirlər görülmədən aparılması təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “İİİ-4-80* “Tikinti təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydaları”nın 1.29.2.1-ci bəndlərinin tələbləri pozulduğu göstərilmişdir. Eyni zaman 3-cü abzasda göstərilən qaydaların kimlər tərəfindən pozulması araşdırılmalarla istintaq tərəfindən müəyyən edilə bilməsinin mümkünlüyü göstərilmişdir. Göründüyü kimi qeyd edilən ekspertiza rəyində yol verilən qayda pozuntuları sadalansa da, həmin pozuntuların məhz kimi tərəfindən yəni fəhlə, usta, iş icraçısı və SƏTƏM vəzifəsinsdə işləyən şəxs tərəfindən pozulduğu dəqiq və aydın olaraq göstərilmiş, əksinə bu halın araşdırılmalarla istintaq tərəfindən müəyyən edilə bilməsinin mümkünlüyü göstərilmişdir. Qeyd edilməlidir ki, ekspertiza rəyinin nəticə hissəsində Qubadlı rayonu Mahruzlu kəndi ərazisində yerləşən tikinti sahəsində işin bütün mərhələlərində işçilərin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin görülmədiyi göstərilmişdir. Halbuki, həmin rəydə “Tədqiqat prosesinin təsviri hissəsində göstərilmişdir ki, Yelmar Abdullayev xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi əsasında "xxxx" MMCdə qəlibçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli “İş öncəsi təlimat vərəqəsi”-dən görünür ki, Yelmar Abdullayev təlimatlandırılmış, “İşçilərin biliklərinin yoxlanılmasının qeyd olunması jurnalı”-dan olan çıxarışdan görünür ki, Yelmar Abdullayevin bilikləri yoxlanılmış bu barədə 10 yanvar 2025-ci il tarixli protokol tərtib edilmiş, o cümlədən “Əməyin mühafizəsi üzrə giriş təlimatı jurnalı”-dan olan çıxarışdan isə görünür ki, X6 təlimatlandırılmışdır. Odur ki məhkəmə hesab edir ki, ƏN-nin MEM-i tərəfindən verilmiş 28 fevral 2025-ci il tarixli 10/1189 saylı ekspertiza rəyi Şəxs təqsirli hesab edilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz, bu səbəbdən sübutlar siyahısından çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının, 63.1-ci maddəsinə sasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. 63.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. 63.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən qəbul edilən qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Məhkəmə qanunun yuxarıda sadalanan normalarını və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsəsən hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur, bu səbəbdən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əssən xitam verilməliir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 8, 53, 114-115-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı:
Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
HAKİM RAMİZ QULİYEV