Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-26/2021 28.07.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Barəsində inzibati qərar çıxarılan şəxs X1 iştirakı ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi X5 tərəfindən qəbul edilmiş 07 iyul 2021-ci il tarixli, MN №0037326 saylı X7 haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt şəhər ŞPİ-nin 1-ci PB-nin sahə ərəisi X5 tərəfindən qəbul edilmiş 07 iyul 2021-ci il tarixli, MN№0037326 saylı X7 haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Qeyd edilən qərardan narazı qalan X3 şikayətlə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər ŞPİ-nin 1-ci PB-nin sahə rəisi X5 tərəfindən qəbul edilmiş 07 iyul 2021-ci il tarixli, MN№0037326 saylı X7 haqqında qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə barəsində inzibati qərar çıxarılan şəxs X3 şikayətini müdafiə edərək göstərdi ki, əsassız olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur.Belə ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi X5 tərəfindən qəbul edilmiş 07 iyul 2021-ci il tarixli, MN №0037326 saylı X7 Haqqında qərarla onun guya 07.07.2021-ci il tarixdə Sumqayıt şəhəri, Heydər Əliyev küçəsində “Murad” marketlə üzbəüz meyvəli obyektində çölə qarpız vuraraq satmaqla, qanunsuz küçə alveri ilə məşğul olduğu əsas götürülərək, 80 manat məbləğində cərimə edildiyi qeyd edilmişdir.Barəsində qəbul edilmiş 07 iyul 2021-ci il tarixli, MN №0037326 saylı X7 Haqqında qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız İXM-si ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.Eyni Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bundan başqa İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:53.0.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs;75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsinin dispozisiyasında göstərilmişdir: Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə səksən manat məbləğində cərimə edilir.Hazırkı halda əməlində Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsinin tərkib əlamətləri olmamışdır. Belə ki, o, hər hansı bir qanunsuz küçə ticarəti ilə məşğul olmamış, mağazasına mal boşaldılarkən qanunsuz olaraq cərimə olunmuşdur.Bu barədə fikirlərini Sumqayıt ŞPİ-nin 1-ci PB-nin rəisinin adına yazdığı izahatda ətraflı qeyd etmişdir.Qeyd olunanlara əsasən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi X5 tərəfindən qəbul edilmiş 07 iyul 2021-ci il tarixli, MN №0037326 saylı X7 Haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir:129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Odur ki, şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130 və 134.1.3-cü maddələrinin tələblərinə istinadən, göstərilənlərini nəzərə alaraq şikayətinin təmin edilməsini xahiş etdi. Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına onun səlahiyyətli nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir.Məhkəmə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati qərar çıxarılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi X5 tərəfindən qəbul edilmiş 07 iyul 2021-ci il tarixli, MN№0037326 saylı X7 haqqında qərar ləğv olunmalıdır. İş materialında olan 07.07.2021-ci il tarixli MN№0037326 saylı X7 haqqında qərardan görünür ki, X3 07.07.2021-ci il tarixdə Sumqayıt şəhəri Heydər Əliyev küçəsi “Meyvəli” obyektinin qarşısında küçə satışı ilə məşğul olmuş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü mddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü mddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci mddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. X3 tərəfindən qanunsuz küçə alverinin aparılması faktını təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən,inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-cı maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın ləğv edilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. X3 barəsində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi X5 tərəfindən qəbul edilmiş 07 iyul 2021-ci il tarixli, MN№0037326 saylı X7 haqqında qərar ləğv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vladimir Ruvinov
Məhkəmə qərarları › İş №3(028)-26/2021
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-26/2021
28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver