Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-26/2023 14.04.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1, Tələbkar Qarayeva (Hacıyeva) Nübar Əkrəm qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs - iştirakları ilə xx.xx.1992-ci ildə Qubadlı rayonu Qubadlı şəhərində anadan olmuş, subay, iki uşaq atası, orta təhsilli, satıcı işləyən, Qubadlı rayonu Qubadlı şəhərində qeydiyyatda olan və Sumqayıt şəhəri, 20-ci mikrorayon, fərdi yaşayış evində məskunlaşan (FİN:225DTCG, tel: 070 996 01 66) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-194/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Şəxs hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment xx.xx.2020-ci il tarixdən başlayaraq tutulub xx.xx.2016-ci il tarixdə doğulmuş X8 və hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment xx.xx.2020-ci il tarixdən başlayaraq tutulub xx.xx.2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X3 xeyrinə tutulması və Şəxs hər ay 50 (əlli) manat miqdarda maddi yardım xx.xx.2020-cı il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək tutulub X5 verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Qubadlı Rayon Məhkəməsinin qətnaməsi maddi yardım hissəsində dəyişdirilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X6 bildirdi ki, Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)- 2425/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 12570 manat aliment borcu alınaraq X5 ödənilməlidir. Borclu borcunu üzrsüz səbəbdən ödəmir.Hazırda 200-300 manat ödəmək imkanı olduğunu bildirir, lakin tələbkar borcunun tam qaytarılmasını tələb edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, özünü təqsirli bilir. Alimentə görə borcu olduğunu bilir və bu borcdan qaçmır. Sadəcə uzun müddətdir ki, işsiz qalıb.Həbsdə olub. Hazırda yeni işə düzəlib. Borcundan ayda 400 manat qaytarmağa razıdır. Məhkəmədə tələbkar X7 bildirdi ki, borclu ilə razılığa gəlib.O, hər ay 400 manat verəcək.Ona görə də borclu barəsində tərtib olunmuş inzibati protokola xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və icra məmurunu dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətinə çəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-cı maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanılmış icraata xitam verilir. Məhkəmədə tərəflər qarşılıqlı razılığa gəldiklərindən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 105, 114.1.3, 114.2.1, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM 528.1-ci maddəsi ilə başlanmış 3(028)-26/2023 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №3(028)-26/2023
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-26/2023
14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver