Məhkəmə qərarları › İş №3(028)-27/2021

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-27/2021

10.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-27/2021 10.08.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Protokol tərtib edən X6 X1 iştirakı ilə Vət. Şəxs xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, ailəli, orta təhsilli, 1 uşaq atası, fərdi işləyən, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 50, mənzil 7-də qeydiyyatda olan (Tel: 055 536 15 69, 055 344 24 69) barəsində Sumqayıt Şəhəri üzrə İcra İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş 10.08.2021-ci il tarixli inzibati xəta haqqında protokolu üzrə işə baxaraq MÜƏYYƏN E T D İ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-24/2016 saylı, 27 yanvar 2016-cı il tarixli icra vərəqəsinə əsasən 10.10.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün 07.12.2015-ci ildən etibarən hər ay 117 manat olmaqla sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq X3 verilməlidir. Məhkəmədə protokol tərtib edən Sumqayıt şəhəri üzrə icra məmuru X10 bildirdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-24/2016 saylı, 27 yanvar 2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs aliment üzrə məhkəmə qərarını üzürsüz səbəbdən icra etməmiş, nəticədə 4154 manat alimnet borcu yaranmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci il maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir.Tələbkar borcun tam qaytarılmasını tələb edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, onun tələbkara aliment borcu var. O, fərdi işlə məşğul olsada borcu birdəfəlik ödəmək imkanı yoxdur. Məhkəmədə tələbkar X4 bildirdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-24/2016 saylı, 27 yanvar 2016-cı il tarxili icra sənədinə əsasən Şəxs ona hər ay 117 manat aliment ödənişi etməlidir.Borclu alimenti ödəməkdən yayınır. Hal-hazırki günə isə onun 4154 manat borcu vardır.İcra sənədi üzrə olan borcun ödənilməməsi onun hüquqlarını pozur və o, borcun tam qaytarılmasını istəyir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin və tələbkarın izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. «İcra Məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin içrasına mane olan şəxslər qanunveriçilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə məsuliyyəti yüngünləşdirilən hallar müəyyən etmədi. Şəxs hazırki icra sənədi ilə bağlı Qubadlı Rayon Məhkəməsinin 3(028)-33/2019 saylı 24 iyun 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsin səlahiyyətli şəxslərin hüquqa zidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkəti davam etdirməsini məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirir. İnzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Odur ki, inzibati xəta törətmiş şəxs Şəxs 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməlidir.İnzibati həbsin əvvəli 10.08.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 10.08.2021-ci il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar