Məhkəmə qərarları › İş №3(028)-27/2024

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №3(028)-27/2024

20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(028)-27/2024 20.02.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Bağırov Tural Arif oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qubadlı rayon Polis İdarəsi Dövlət Yol Patrul Xidmətinin xx.xx.2024-cü il tarixli qərarından verilmiş şikayətinə baxaraq, müəyyən etdi: Bağırov Tural Arif oğlu Qubadlı Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Qubadlı rayon Polis İdarəsi Dövlət Yol Patrul Xidmətinin İXP ******* saylı protokolu əsasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb müəyyən etdi ki, daxil olmuş ərizə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Bağırov Tural Arif oğlu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, X4, ev 9, mənzil 10-da qeydiyyatdadır. Onun barəsində protokol Qubadlı rayon Polis İdarəsi Dövlət Yol Patrul Xidməti tərəfindən tərtibedilmişdir, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol hərəkəti qaydasının pozulması halı Sumayıt şəhəri, 15-ci məhəllədə baş vermişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, şikayətçi Sumqayıt şəhərində qeydiyyatda olduğuna və inzibati qaydanın pozulması halı da məhz Sumqayıt şəhərində baş verdiyinə görə Azərbaycan Respublikası İXM-nin yuxarıda göstərilən normalarına əsasən iş aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılması üçün göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 109-110, 112, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bağırov Tural Arif oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qubadlı rayon Polis İdarəsi Dövlət Yol Patrul xidmətinin xx.xx.2024-cü il tarixli qərardadından verilmiş şikayətinə dair inzibati xəta haqqında 3(028)-27/2024 saylı iş aidiyyatı üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar