Məhkəmə qərarları › İş №3(028)-279/2025

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №3(028)-279/2025

04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(028)-279/2025 04.09.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1, X3 tərəfindən barəsində qəbul edilmiş İXP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsinə dair şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq, m ü ə y y ə n e t d i: X3 şikayətlə Qubadlı Rayon Məhkəməsinə müraciət edərək, edilmiş İXP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin şikayətdə qərarın surətini rəsmi olaraq xx.xx.2025-ci il tarixdə aldığını qeyd etmişdir. Lakin işə bununla bağlı heç bir sübut əlavə etməmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -130.1-ci maddəsinə əsasən bu məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmə hesab edir ki, Əlvan Məhərrəmovun şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş, həmin müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir. Belə bir vəsatət verilmədiyindən şikayətin vaxtında verilib-verilməməsini, prosessual müddətin buraxılıb-buraxılmamasını yoxlamaq mümkün deyildir. Bu inzibati xəta haqqında qərardan verilən şikayət üzrə icraatı rədd edən hallardandır. Odur ki, Əlvan Məhərrəmovun şikayəti icraata qəbul edilə bilməz, eyni zamanda sonuncuya izah edilməlidir ki, şikayətlə birlikdə şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edə bilər. Odur ki, qanunun qeyd olunan tələbini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, göstərilən pozuntuların aradan qaldırılması məqsədilə şikayət ərizəsi geri qaytarılmalıdır. Şərh olunanları və İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, qəraraaldı: X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı qərarın ləğv edilməsinə dair şikayət ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə X2 geri qaytarılsın. X2 şikayətlə birlikdə şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar