Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(028)-28/2022 18.05.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Ruvinov X1 EQ9832525 saylı protokolun ləğv edilməsi və ödənilmiş vəsaitin geri qaytarılması haqqında olan ərizəsini nəzərdən keçirərək, müəyyən etdi: X3 EQ9832525 saylı protokolun ləğv edilərək tərəfindən ödənilmiş 18 manat məbləğində cərimənin ona geri qaytarılmasına dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, daxil olmuş ərizə İnzibati Xətalar Məcəlləsinin normalarına uyğun olaraq tərtib edilməmişdir. Belə ki, ərizənin elektron məhkəmə sistemində yerləşdirilməsi üçün seçim yoxdur. X3 tərəfindən məhkəməyə “EQ9832525 saylı protokolun ləğv edilməsi və ödənilmiş vəsaitin geri qaytarılmasına dair şikayət”lə müraciət edilməli olduğu halda, ərizə ilə müraciət edilmişdir. Eyni zamanda şikayətdə EQ9832525 saylı protokolun hansı səlahiyyətli şəxs (orqan, vəzifəli şəxs) tərəfindən tərtib edildiyi göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq qərara aldı: EQ9832525 saylı protokolun ləğv edilməsi və ödənilmiş vəsaitin geri qaytarılması haqqında ərizəsi və ona əlavə edilmiş sənədlər X2 geri qaytarılsın. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №3(028)-28/2022
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №3(028)-28/2022
18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver