Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-3/2021 25.01.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə xx.xx.1986-cı ildə Qubadlı rayonu, Balasoltanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qubadlı rayonu, Balasoltanlı kəndində qeydiyyatda olan və ünvan 1-də məskunlaşan Şəxs barəsində Cəbrayıl Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 517-2.6-cı maddəsi ilə tərtib olunmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolu üzrə işə baxaraq, MÜƏYYƏN E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.6-cı maddəsi ilə xx.xx.2020-ci il tarixdə MN №0243346 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cəbrayıl RPŞ-in PPXB-nün polis nəfəri, polis serjantı Samir Xankişiyevin raportuna əsasən xx.xx.2020-ci il tarixdə saat təxminən 13 radələrində işğaldan azad olunmuş ərazilərdə hərbi vəziyyətlə bağlı Cəbrayıl rayonunun “Dostluq bulağı” adlanan ərazisində yaradılmış komendant postunda RPŞ-nin PPXB-nün polis nəfəri, polis kiçik serjantı Əhməd Əliyevlə birgə xidmətdə olarkən Toyota markalı AZ **-CU-*** dövlət nömrə nişanlı avtomaşına saxla işarəsi verilmişdir.Həmin avtomaşının sürücüsü dərhal avtomaşını saxlamışdır.Avtomaşının sürücüsü və 1 nəfər sərnişinlə haradan gəldiklərini soruşan zaman onlar bildirmişdirlər ki, həmin gün Füzuli rayonu istiqamətindən Cəbrayıl rayonuna daxil olmuşlar.Əsas məqsədləri işğaldan azad olunmuş əraziləri görmək olub.Həmin şəxslərin Sumqayıt şəhərində yaşayan xx.xx.1971-ci il təvəllüdlü X1 və xx.xx.1986-cı il təvəllüdlü Şəxs olduqları müəyyən edilmişdir.Bununla bağlı dərhal əsas komendant postuna məlumat verilmişdir.Nəticədə Şəxs barəsində Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 517-2.6-cı maddəsinə əsasən xx.xx.2020ci il tarixli MN №0243346 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cəbrayıl Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli MN №0141926 saylı qərardadına əsasən Şəxs barəsində olan inzibati xəta haqqında işin aidiyyatı üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3246/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadına əsasən Cəbrayıl Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün Qubadlı Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və protokolu tərtib edən Cəbrayıl Rayon Polis Şöbəsinə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişlər.Belə olan halda məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Cəbrayıl Rayon Polis Şöbəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlər şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs inzibati xəta törətməsi sübuta yetirilir və o, Azərbaycan Respublikası İXM-nin 517-2.6-cı maddəsi ilə inzibati qaydada cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 202-ci il tarixli Fərmanının 3-cü bəndinə əsasən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilsin. Komendant saatının tətbiq edildiyi ərazilərdə:3.1. şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilsin; 3.2.xüsusi giriş-çıxış rejimi tətbiq edilsin, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülsün. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.6-cı maddəsinə əsasən hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə yüz manat məbləğində cərimə edilir. xx.xx.2020-ci il tarixli MN №0243346 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə günorta saatlarında işğaldan azad edilmiş əraziyə daxil olaraq komendant qaydalarını pozmuşdur və nəticədə Azərbaycan Respublikası İXM-nin 517-2.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qurbanov X3 Rayon Polis Şöbəsində verdiyi xx.xx.2020-ci il tarixli izahatında göstərmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birgə yaşayır.xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında komendant postunun giriş-çıxış qaydasını pozaraq Dostluq bulağı adlanan əraziyə daxil olmuşdur.Həmin vaxt polis əməkdaşları onu saxlamışdır.İşə əlavə edilmiş ərizəsində barəsində tərtib olunacaq materialın aidiyyatı üzrə Qubadlı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Əməlində peşman olmuşdur.Gələcəkdə belə əməllərə yol verməyəcəyini söz vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs polis şöbəsində dindirilərkən əməlində peşman olduğunu məsuliyyətini yüngülləşdiric hal hesab edir, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.6-cı maddəsi ilə təqsirli bilinsin və 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №3(028)-3/2021
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-3/2021
25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver