Məhkəmə qərarları › İş №3(028)-3/2025

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №3(028)-3/2025

13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(028)-3/2025 13.01.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Səlim qızının sədrliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qubadlı rayon Polis Şöbəsi tərəfindən daxil olmuş İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qubadlı rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir, ondan ötrü ki, o, əvvəllər barəsində tərtib edilmiş EQ/23803968 saylı, xx.xx.2024-cü il tarixli protokola əsasən qəbul edilmiş qərara görə İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmiş, lakin həmin cərimə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə inzbati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlir ki, inzbati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə üzrə düzgün göndərilməmişdir. Ona görə toplanılmış material baxılması üçün aidiyyəti üçün Lerik Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Elektron məhkəmə sistemindən əldə olunan çıxarışdan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Şəxs Lerik rayonu, Blaband Ərazi Dairəsi, Osnağakücə kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Məhkəmə hesab edir ki, İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Lerik Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 109-110, 112-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qubadlı rayon Polis Şöbəsi tərəfindən daxil olmuş İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilsin. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar