Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(028)-313/2025 05.11.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1, Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2025-ci il tarixli TP7538604 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 şikayətinə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏNETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2025-ci il tarixli TP7538604 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi adiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, hazırda mübahisələndirilən inzibati tənbeh tətbiq etmə barədə qərar üzrə törədilməsi iddia edilən inzibati xəta hadisəsi Bakı şəhəri Səbail Rayonu, Üzeyir Hacıbəyli küçəsində qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Həmin Məcəllənin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. Müəyyən edilmişdir ki, hazırki iş üzrə iddia edilən inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən müşahidə kameraları vasitəsi ilə aşkar edilmiş və İXM-in 124-cü maddəsi ilə müəyyən edilmiş icraat qaydalarına uyğun inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yəni, qəbul edilmiş qərar elektron qaydada qəbul edilməmişdir. İnzibati xəta hadisəsi Bakı şəhəri Səbail Rayonu ərazisində qeydə alınmış və şikayətçi İXM-in 129.1-1-ci maddəsinə uyğun qaydada şikayətə yaşayış yeri üzrə baxılması haqqında vəsatət verməmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki şikayətə aidiyyəti Qubadlı Rayon Məhkəməsində deyil, Bakı şəhəri Səbail Rayon Məhkəməsidə baxılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, şikayətçi ərizəsində barəsində icraatın İXM-in 122.1-ci maddəsinə müvafiq olaraq elektron şəkildə aparılmasını qeyd etsə də, müəyyən edilmişdir ki, onun barəsində inzibati xəta haqqında iş üzrə icraat İXM-in 122.1-ci madddəsinə müvafiq qaydada deyil, yuxarıda qeyd edildiyi kimi İXM-in 124-cü maddəsi ilə müəyyən edilmiş icraat qaydalarına uyğun aparılmış və müvafiq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilən qərar isə İXM-in 122.1-ci madddəsində nəzərdə tutulmuş qaydada elektron şəkildə olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2025-ci il tarixli TP7538604 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(028)-313/2025
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №3(028)-313/2025
05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver