Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-33/2024 14.03.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X8 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra İdarəsinin icra məmuru X4, Tələbkar Zərərçəkmiş şəxs, X1, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.1981-ci ildə Qubadlı rayonu, Qarakişilər kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Qarakişilər kəndində qeydiyyatda olan və Bərdə rayonunda məskunlaşan (tel: 051 713 20 48, FİN xxxxxxx) barəsində Sumqayıt Şəhəri üzrə İcra İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-42/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs maddi zərərin əvəzi olaraq 25.000 ABŞ dolları, ödəniləcək günə manatla məzənnəsi hesablanmaqla, məbləğində pul vəsaiti tutularaq X3 ödənilməlidir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-641/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs kredti müqaviləsinə əsasən 7200 (yeddi min iki yüz) manat, maddi ziyana görə 500 (beş yüz) manat və mənəvi zərərə görə 1000 (min) manat pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru bildirdi ki, borclu Şəxs Qubadlı Rayon Məhkəməsinin 2(028)- 42/2016 saylı, xx.xx.2016-cu il tarixli və 2(028)-641/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədlərini qanunun tələblərinə əməl etməyərək icra etməmişdir. İcra məmuruna izahatında xəstə və işsiz olduğuna görə borcu qaytara bilmədiyini bildirmişdir. Tələbkarlar isə borcun tam qaytarılmasını tələb edir. Məhkəmədə tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, borclunun 2017-ci il tarixli icra vərəqəsi üzrə ona borcu vardır. O, bugünə qədər borcu ödəməyib. Borcun tam qaytarılmasını istəyir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə tələbkar X5 bildirdi ki, borclunun 2016-cı il tarixli icra vərəqəsi üzrə ona borcu vardır. O, bugünə qədər borcdan ümumi hesabla 750 manata qədər ödəyib. O, borcun tam qaytarılmasını istəyir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, hər iki icra sənədi üzrə borclu olduğunu bilir. Bugünədək hər tələbkara borcdan müəyyən qədər ödəniş etmişdir. Xəstədir. Himayəsində 5 azyaşlı uşağı var. İşsizdir. Məhkəmədən dediklərini nəzərə alaraq yüngül tənbeh tədbiri tətbiq olunmasını xahiş etdi. Məhkəmədə müdafiəçi Şəxs izahatına uyğun ifadə verərək ona yüngül tənbeh tədbiri tətbiq olunmasını xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, müdafiəçisini, tələbkarları və icra məmurunu dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. «İcra Məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə məsuliyyəti yüngünləşdirilən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Odur ki, inzibati xəta törətmiş şəxs Şəxs 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməlidir. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 11:30-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 11:30-dan hesablansın. Göstərilən hüququ yardıma görə cəmi 12 manat Dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №3(028)-33/2024
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-33/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver