Məhkəmə qərarları › İş №3(028)-33/2025

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №3(028)-33/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(028)-33/2025 14.02.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə olan Qubadlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı İnzibati xəta haqqında işin baxılmağa hazırlayarkən, müəyyən etdi: Qubadlı Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. Material öyrənilərkən müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə görə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 346.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati sanksiya tətbiq olunur. Göründüyü kimi, 529.3-cü maddəsinin tərkibinin yaranması üçün ilk öncə yol hərəkəti əleyhinə dair inzibati tənbeh vermə haqqında qanuni qüvvəsini almış qərarın mövcud olması zəruridir. Lakin, hazırda iş materiallarında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokolda mövcud olmayan inzibati tənbeh vermə haqqında qərara istinad olunmuşdur. Belə ki, protokolda göstərilir ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə EQ/23697373 saylı xx.xx.2024-cü il tarixli inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Halbuki, xx.xx.2024-cü il tarixdə Şəxs barəsində EQ/23697373 saylı inzibati tənbeh vermə haqqında qərar mövcud deyil. Həmin qərar xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın və həmin qərarın icra edilməməsinə görə hazırda tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP6787670 saylı inzibati xəta haqqında protokolun Şəxs rəsmi təqdim olunması və ya göndərilməsi barədə iş materiallarına hər hansı bir mötəbər sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 106 və 106.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib edilməməsi araşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Beləliklə də, Şəxs barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə olan İXP ******* saylı xx.xx.2024-cü il tarixli protokol Qubadlı RPŞ tərəfindən düzgün tərtib edilmədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 may 2019-cu il tarixli Qərarın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənləri və AR İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutataq qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə olan İXP ******* saylı xx.xx.2024-cü il tarixli protokol Qubadlı Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar