Məhkəmə qərarları › İş №3(028)-35/2020

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-35/2020

26.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-35/2020 26.10.2020 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X2 nümayəndəsi X3, Barəsində inzibati qərar çıxarılan şəxs X1 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X5 tərəfindən tərtib edilmiş MN seriyalı ******* saylı xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2020-ci il tarixdə MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə X4 şikayətini müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X5 tərəfindən barəsində xx xxx 2020-ci ildə MN seriyalı ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında xx xxxxxx 2020-ci il tarixdə MN seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara görə o, Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsinə əsasən təqsirli bilinərək 600 manat məbləğində inzibati qaydada cərimə edilib. Bildirir ki, 4 saylı RETSİ-nin xx.xx.2020-ci il tarixli,MN seriyalı ******* saylı qərarı ilə razı deyil.4 saylı RETSİ-nin xx.xx.2020-ci il tarixli protokolundan sonra o, Sumqayıt şəhəri, 1-ci mikrorayon ünvanında ət kəsilməsi işləri ilə məşğul olmayıb.Mal-qaranı ayrıca ünvanda (Sumqayıt şəhəri, 42-ci məhəllə ünvanında yerləşən mal bazarında fəaliyyət göstərən ət kəsimi məntəqəsində) kəsdirib, yalnız satmaq məqsədilə həmin ünvana gətirmişdir.Bunu həmin ərazidə yaşayan sakinlər də təstiq edə bilər.Qərarda göstərilən ünvanda mal-qara saxlamayıb və ət kəsimi ilə məşğul olmayıb.Qeyd edilən ünvanda səyyari şəkildə yalnız kəsilmiş ət məhsullarını satıb. Hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda və inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir.Göstərilənlərə əsasən barəsində qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixdə MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X2 nümayəndəsi idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktda göstərilənləri təsdiq edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə nümayəndəni, barəsində inzibati qərar çıxarılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X5 tərəfindən tərtib edilmiş MN seriyalı ******* saylı xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X5 tərəfindən tərtib edilmiş MN seriyalı ******* saylı xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Sumqayıt şəhəri, 1-ci mkr ərazisində məntəqədə qanunsuz olaraq mal-qaranın saxlanması və yaşayış məntəqəsinin yanında kəsilməsinin dayandarılmasına dair verilmiş məcburi göstərişin tələbləri yerinə yetirilməmişdir.Bununla da X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx xxx 2020-ci ildə MN seriyalı ******* saylı protokol əsasında xx xxxxxx 2020-ci il tarixdə MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmədə X4 göstərdi ki, xx.xx.2020-ci il tarixli protokolundan sonra o, Sumqayıt şəhəri, 1-ci mikrorayon ünvanında ət kəsilməsi işləri ilə məşğul olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541.1-ci maddəsinə əsasən, ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə-fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 134.1.1-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X4 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X5 tərəfindən tərtib edilmiş MN seriyalı ******* saylı xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar