Məhkəmə qərarları › İş №3(028)-36/2020

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-36/2020

02.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-36/2020 02.12.2020 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Protokol tərtib edən X1, Tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə vət. Şəxs – xx.xx.1992-ci ildə Qubadlı rayonu, Xanlıq kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Xanlıq kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 3, mənzil 9-da məskunlaşmış barəsində Sumqayıt Şəhəri üzrə İcra İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolu üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-1002/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə 1470 manat və 30 manat dövlət rüsumu tutulmalıdır. Borclu icra məmurunun tələblərini yerinə yetirməmişdir. Doqquz ayda heç bir ödəniş etməmiş və borclunun 1270 manat borcu yaranmışdır.Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verilmişdir. Protokol tərtib edən şəxs X2 göstərdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 1002/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1470 manat və 30 manat dövlət rüsumu tutulmalıdır.Borclu fasilələrlə cəmi 3 dəfə ödəniş etmişdir.O, borcundan tələbkara ümumilikdə 200 manat qaytarmışdır.Birinci dəfə inzibati işi borclu apellyasiya şikayəti verildiyində xitam edilmişdir.Amma yenə də ödənişlər etmir.Ödəniş etməməsinə səbəb olaraq karantini, anasının xəstə olmasını və hazırda işsiz olmasını göstərir.Lakin tələbkar borcunun tam şəkildə ödənilməsini tələb edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-1002/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən ondan 1470 manat və 30 manat dövlət rüsumu tutulub Zərərçəkmiş şəxs verilməlidir. O, qətnamədən narazı qaldığı üçün apelyasiya şikayəti vermişdir. Ona görə də əvvəlki inzibati iş üzrə icraata xitam verilmişdir.Bugünədək borcdan 200 manat qaytarıb.Hal-hazırda işləmir.Atası, qardaşı yoxdur.Anası xəstəsidir.Evin bütün yükü onun üzərindədir.Köməksizdir.Ona görə də borcu ödəməkdə çətinlik çəkir.Dekabr ayının 10-da 100 manat ödəniş edəcəyini bildirdi və məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə tələbkar Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-1002/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 1470 manat və 30 manat dövlət rüsumu tutulub ona verilməlidir. Borclu ona olan borcundan cəmi 200 manat ödəyib. Hazırda ona 1270 manat borcu qalıb. Özü söz vermişdi ki, xx.xx.2020-ci il tarixə pulun bir qismini, qalığını isə 2-3 aya ödəyəcəkdir. Bu səbəbdən Şəxs barədə inzibati işə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətinə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli ücün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər çür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə içraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-cı maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanılmış icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutlmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 105, 114.1.3, 114.2.1, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(028)-36/2020 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RƏŞAD QOŞQARLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar