Məhkəmə qərarları › İş №3(028)-36/2021

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-36/2021

22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-36/2021 22.09.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Protokol tərtib edən Toğrul Rüstəmovun, Tələbkar "xxxx" QSC-nin nümayəndəsi X3 iştirakı ilə Vət. Şəxs xx.xx.1979-cu ildə Qubadlı rayonu, Hacılı kəndində anadan olmuş, ailəli, orta təhsilli, 3 uşaq atası, fərdi işləyən, Qubadlı rayonu, Hacılı kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 47ci məhəllə, ev 12, mənzil 6-da məskunlaşan (Tel: **********) barəsində Sumqayıt Şəhəri üzrə İcra İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş 22.09.2021-ci il tarixli inzibati xəta haqqında protokolu üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-907/2016 saylı, 31.10.2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Şəxs, X4 və X1 müştərək qaydada 10866 ABŞ dolları 10 sent kredit borcu, 1689 ABŞ dolları 19 sent faiz borcu, 135 ABŞ dolları 36 sent cərimə, 12690 ABŞ dolları 65 sent borc, ödəniləcək günə manatla məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs QSCnin xeyrinə tutulmalıdır. Məhkəmədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmov bildirdi ki, borclunun Qubadlı Rayon Məhkəməsinin 2(028)-907/2016 saylı, 31.10.2016-cı il tarixli icra vərəqəsinə əsasən tələbkara 8301,36 ABŞ dolları borcu vardır.O, borcu ödəməkdən yayınır, tələbkarsa borcunun birdəfəlik ödənilməsini istəyir.Şəxs borcunun hissə-hissə ödəyə biləcəyini imkanında olduğunu bildirmişdir. Məhkəmədə tələbkarın nümayəndəsi bildirdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-907/2016 saylı, 31.10.2016-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs Zərərçəkmiş şəxs QSC-yə 8000-dən artıq ABŞ dolları borcu var.Borcun bir hissəsi qətnamə üzrə digər borclunun mülkiyyətində olan maşının satılması hesabına silinmişdir.Həmin borcun ödənməsindən yayınır.Bank ona olan borcun qaytarılmasını tələb edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-907/2016 saylı qətnaməsinə əsasən Zərərçəkmiş şəxs QSC-yə ABŞ dolları ilə borcu var.Bank onun 35000 manatlıq maşınını 8000 manata sataraq borcunun bir hissəsini silib.Yerdə qalan 8301,36 ABŞ dolları borcunu isə birdəfəlik ödəyə bilmir.İki banka borcu var.Zərərçəkmiş şəxs QSC-yə olan qalıq borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, icra məmurunu və tələbkarın nümayəndəsini dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə inzibati xətaya tənbeh edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İXM-nin 106, 109, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar